SİZİN REKLAM BURADA!
055 213 76 73


Əmək münasibətlərində seksual-qısnamanın yolverilməzliyinin təmin edilməsi məqsədilə qanunvericilik təkmilləşdiriləcək.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu, Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “İşçi qüvvəsi” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsində öz əksini tapıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu il sentyabrın 1-dək əmək münasibətlərində ayrı-seçkiliyin və seksual-qısnamanın yolverilməzliyinin təmin edilməsi məqsədilə əmək qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı təklifləri hazırlaması və aidiyyəti üzrə təqdim etməsi tapşırılıb.

BAKU.WS