SİZİN REKLAM BURADA!
055 213 76 73


Dünən axşam "Beşiktaş"ın "Qalatasaray"ı məğlub etməsindən sonra Super Liqada çempionluq mübarizəsi daha da gərginləşib.

BAKU.WS xəbər verir ki, hazırda 30 oyundan sonra turnir cədvəlinə 70 xalla "Qalatasaray" başçılıq edir.

“Fənərbaxça” liderdən 3 xal geri qalır. “Beşiktaş” isə 31 oyundan sonra "Fənər"lə xal fərqini ikiyə çatdırıb.

Çempionatın bitməsinə 6 həftə qalmış hər üç klubun çempion olmaq şansları var. Qalan 6 matçdan 2-ni səfərdə keçirəcək "Qalatasaray" 1 matçda rəqibi turniri tərk etdiyi üçün qalib elan ediləcək. "Cim Bom" son turda "Fənərbaxça" ilə oyuna qədər 4 xallıq fərq yarada bilsə, derbinin nəticəsindən asılı olmayaraq çempionluğu təmin edəcək. Əgər komandanın xalları bərabər olarsa, ilk matçda 3-0 hesablı üstünlüyə malik sarı-qırmızılılar irəlidə olacaq.

"Qalatasaray"ın qalan oyunları:

"Başakşehir"
"İstanbulspor" (səfər)
"Sivasspor"
"Ankaragücü" (səfər)
"Fənərbaxça"
"Hatayspor" (3-0)

"Qalatasaray"ın dünən "Beşiktaş"a məğlubiyyəti ən çox "Fənərbaxça"nı sevindirib. Belə ki, liderlə xal fərqini 3-ə endirən "Fənər" çempionluq üçün ümidlənib. Sarı-göylülər "Cim Bom"la matça qədər 4 oyunun 2-ni isə səfərdə keçirəcək. İki klubun turniri tərk etməsi "Fənər"in qalib elan olunacağı deməkdir. "Fənərbaxça" derbi qarşılaşmasına qədər xalların sayını bərabərləşdirsə, çempionluq üçün son matçda mütləq qalib gəlməlidir. Əgər rəqibindən 3 xal geri qalarsa, "Qalatasaray"ı 3-0-dan aşağı hesabla məğlub etsə belə çempionluq üçün kifayət etməyəcək.

"Fənərbaxça"nın qalan oyunları:

"Giresunspor" (səfər)
"Trabzonspor"
"Hatayspor" (3-0 H)
"Antalyaspor"
"Qalatasaray" (səfər)
"Qaziantep" (3-0 H)

"Beşiktaş" dünən derbidə qalib gəlsə də çempionluq şansları o qədər də yüksək qiymətləndirilmir. "Qara-ağlar" 3-ü səfərdə olmaqla ümumilikdə 4 qarşılaşmaya çıxacaq. "Beşiktaş"ın çempion olması üçün bütün matçlarda qalib gəlməsi və rəqiblərinin də xal itirmsi lazımdır.

"Beşiktaş"ın qalan oyunları:

"Antalyaspor" (səfər)
"Qaziantep FK" (3-0 H)
"Adana Demirspor" (səfər)
"Kasımpaşa" (səfər)
"Konyaspor"

"Cim Bom"un baş məşqçisi olan Okan Burukun baş məşqçi kimi az da olsa uğurları var. Belə ki, “Akhisar Belediyespor” Burukun rəhbərliyi altında 2017-18 mövsümündə Türkiyə Kubokunun finalında "Fənərbaxça"nı məğlub edərək kuboku qazanıb. 2019-cu ildə "Başakşehir"in sükanı arxasına keçən Okan Buruk 2020-ci ildə, Super Liqanın 33-cü həftəsində komandası ilə Super Liqa kubokunu qazanıb.

Jorge Jesus 2022-ci ildən "Fənərbaxça"nın baş məşqçisi təyin olunub. Onun Portuqaliya və digər ölkə klubları ilə çempionluq uğurları olsa da Türkiyədə hələlik ciddi nəticəsi yoxdur.

Buna qədər 2015-2019-cu illərdə də "Beşiktaş"ı çalışdıran Şenol Günəş cari ildən İstanbul təmsilçisinin baş məşqçisi təyin edilib. Türkiyə yığması, "Beşiktaş" və digər klublarla ciddi uğurları olan bəş məşqçinin ölkə çempionluğunu qazanmaq təcrübəsi kifayət qədərdir.

BAKU.WS