SİZİN REKLAM BURADA!
055 213 76 73



BAKU.WS günün ulduz falını təqdim edir:

QOÇ
- Bu gün öz maraqlarınızı və ya avtoritetinizi qorumaq məcburiyyətində qalacaqsız. Hadisələrin axarını öz xeyrinizə dəyişə bilməyəcəksiz. Ulduzlar bu gün passiv olmağı məsləhət görür. Planlarınızı və düşündüklərinizi daaha əlverişli zamana saxlayın.

BUĞA - Yaxşı gündür. Optimist və qətiyyətli olmanız bir çox pozitiv vəziyyətlər yaradacaq. Yaxşı xəbərlər və sürprizlər ehtimal edilir. Sevgidə bəxtiniz gətirəəcək.

ƏKİZLƏR - Yeni kontaktlar və işgüzar danışıqlar üçün uğurlu gündür. Gün gələcəkdə sizə xeyir gətirəcək və ya avtoritetinizi qaldıracaq bir sıra xoş hadisələrlə yadda qalacaq.

XƏRÇƏNG - Gün xoş xəbərlə başlayacaq, böyük sürprizlərlə davam edəcək və böyük etirafla bitəcək. Çalışın vacib işlərinizi yekunlaşdırın. Qohumlarla mübahisədən uzaq olun.

ŞİR - Yaxşı gün deyil. Sizdən asılı olmayan səbəblərdən əməyiniz öz nəticəsini verməyəcək. Buna baxmayaraq ruhdan düşməyin. Uğur bu gün sizdən uzaq ola bilər, amma sabah sizin xeyrinizə işləyə bilər.

QIZ – Yeni əlaqələr və işgüzar danışıqlar üçün uğurlu gündür. Çəkinmədən həm iş, həm də şəxsi həyatda öz maraqlarınızı müdafiə edin. Hadisələrin axarını öz xeyrinizə dəyişə biləcəksiz.

TƏRƏZİ - Uğurlu gündür. Optimistliyiniz və yumşaq xarakteriniz himayədarlarınız tərəfindən yüksək qiymətləndiriləcək. Bu gün uğur və şans üzünüzə güləcək.

XƏRÇƏNG – Kritik gündür. Özünüzü diskomfort hiss edəcəksiz. Sizi böyük və xoş olmayan dəyişikliklər gözləyir. Fiziki və zehni işdən uşaq olun. Ulduzlar təkliyə çəkilib dincəlməniz məsləhət görür.

OXATAN – Yeni əlaqələr və işgüzar danışıqlar üçün əlverişli gündür. Optimistliyiniz və cazibədarlığınız bir çox işgüzar tanışlıqlarda öz sözünü deyəcək. Bu tanışlıqlar gələcəkdə sizə xeyir gətirəcək.

OĞLAQ – Bu gün iddialı və tələbkar olacaqsız. Ulduzlar öz maraqlarınızın müdafiəsində durmağı məsləhət görür. Kompromisə getməyin və heç kimin təsiri altına düşməyin.

DOLÇA – İşdə rəhbərlik və həmkarlarla münasibətdə bəxtiniz gətirəcək. Dostların və güvəndiyiniz nüfuzlu şəxslərin məsləhətləri öz effektini verəcək. Yaxınlarınıza güvənin.

BALIQLAR – Passiv və ağır gündür. Əhvalınızın korlanmasına imkan verməyin. Öhdənizə yeni səlahiyyətlər götürməyin. Əvvəlki işlərlə məşğul olmaqda davam edin. Həftənin sonudur, özünüzə zaman ayırın.

BAKU.WS