SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"İşte benim stilim" dəb yarışmasının yeni mövsümündə münsiflər heyəti dəyişəcək.

BAKU.WS məlumat verir ki, yarışmanın "All Star" buraxılışı bitdikdən sonra yanvar ayında "İşte benim stilim: Ünlüler" ("Məşhurlar") start götürəcək. Hansı məşhurların iştirak edəcəyi bəlli olmasa da, artıq münsiflərlə bağlı məlumatlar yayılıb. Yeni mövsümdə modelyer Nur Yerlitaş və stilist Kamal Doğulu daha münsif kürsüsündə olmayacaq. Onları digər stilistlər Neslihan Yarqıcı və Hakan Akkaya əvəz edəcək.

3 mövsümdür "İşte Benim Stilim" yarışmasının münsiflər kürsüsündə əyləşən Nur Yerlitaş və Kamal Doğulunun ani bir qərarla istefa verdiyi bildirilir. Yarışmanın təşkilatçısı "Production House" də bunu açıqlamasında təsdiq edib:

"İl yarımdır proqramda münsiflik edən hörmətli Nur Yerlitaşla çox gərgin işləyirik. Özü hər zaman insanlığı ilə və moda biliyi ilə proqramımızı çiyninə alaraq uğurunda böyük rol oynayıb. "İşte Benim Stilim All Star"ın dekabrın 25-də olacaq böyük finalından sonra qarşılıqlı razılıq əsasında onu qısa müddətlik tətilə göndəririk. Ancaq istədiyi zaman qapılarımız ona açıqdlr. Qısa ayrılığımız tamamilə dostcasına, qarşılıqlı hörmət və sevgi ilə qərarlaşdırılıb.Eyni şəkildə proqramımıza böyük əməyi keçən hörmətli Kamal Doğulu ilə də bir müddətlik ayrılırıq. Hər ikisinə təşəkkürlərimizi bir borc bilirik və daim ailəmizin fərdi olduqlarını qeyd edirik".
 
BAKU.WS