BAKU.WS cümə gününün - 7 sentyabr qoroskopunu təqdim edir:

Qoç - Əlverişli və rahat gündür. Xırda məsələlərə görə narahat olmayın. Problemləri həll etmək mümkündür. Yaşamınızda ciddi dəyişikliklər dövrü çatıb. Yeni iş yeri aramaq və ya məqsədlərə çatmaq üçün yeni planlar qurmaq olar. Axşam saatları sakit və xoş keçəcək.

Buğa - Səbrli, dözümlü olun. Gün böyük uğurlar və ya önəmli qələbə vəd etmir. Məqsədə çatmaq üçün vaxt gərəkdir. Sizin üçün önəmli insanlarla yaxşı münasibətləri qorumaq üçün açıqlamalarınızda, sözlərinizdə ehtiyatlı olun. Yeni tanışlıqlar üçün uğurlu gün deyil. Xoş təəssürat bağışlaya bilməyəcəksiniz.

Əkizlər - Gün gözlədiyinizdən də uğurlu olacaq. Güvənmədiyiniz işlərdə uğur əldə edəcəksiz. İşdə yaranan fikir ayrılıqlarını aradan qaldıracaqsız. Peşəkar mövqeyinizi möhkəmləndirəcəksiz. Gəlirlər, gəlir mənbələri arta bilər. Bədxərclik etməsəniz, alış-veriş üçün əlverişli gündür.

Xərçəng - Diqqət mərkəzində olacaqsız. Nöqsanlarınız gözə çarpacaq. Ailə üzvlərindən biri ilə münasibətlərdə çətinliklər yaranacaq. Dediklərinizə çox sərt reaksiya veriləcək. Tənqidlər sizi ruhdan salmasın. Yaşananlar ötəri xarakterlidir. Səhhətinizi düşünün.

Şir - Şanslı gündür. Qarşınıza qoyduğunuz məqsədə asanlıqla çatacaqsınız. Çevrənizdəki insanlar da sizi gözəl anlayır, rəğbət bəsləyirlər. Günün energetikasından səmərəli istifadə edin. Şəxsi və işgüzar məsələləri qaydasına salın.

Qız - Fəaliyyətinizdə problemlər yaranarsa, narahat olmayın. Yeni perspektivlər aşkarlanacaq. Axşam saatları romantik münasibətlər vəd edir. Aktiv olun. Sevdiyiniz insana sizin üçün dəyərli olduğunu bildirməyin zamanı gəlib çıxıb. Yaxın gələcəklə bu addımınızın xoş nəticəsini görəcəksiz.

Tərəzi - Gün uğurlu alınacaq. İşgüzar danışıqlar məhsuldar olacaq. Nüfuzlu bir insan sizin bir sıra prolemlərinizi həll edəcək. Şəxsi münasibətlər baxımından da əlverişli zamandır. Bunda istifadə edib, keçmişdə buraxdığınız səhvləri düzəldin, münasibətləri yaxşılaşdırın.

Əqrəb - Gün gözlədiyinizdən də uğurlu olacaq. Güvənmədiyiniz işlərdə uğur əldə edəcəksiz. İşdə yaranan fikir ayrılıqlarını aradan qaldıracaqsız. Peşəkar mövqeyinizi möhkəmləndirəcəksiz. Gəlirlər, gəlir mənbələri arta bilər. Bədxərclik etməsəniz, alış-veriş üçün əlverişli gündür.

Oxatan – Əlverişli və yaxşı gündür. Peşəkar fəaliyyət müstəvisində uğur əldə edə bilərsiniz. Ən yaxşı məziyyətlərinizi göstərin, bacarıqlarınızı nümayiş etdirin. Yaradıcılıqla məşğul olmaq mümkündür. Günün ikinci yarısında məşğul olacağınız iş uğurla müvəffəqiyyətlə yanaşı, müsbət emosiyalar da vəd edir.

Oğlaq – Təzadlı gündür. Fikir və mövqelərinizi aqressiv şəkildə açıqlamağa tələsməyin. Situasiyanı sonadək araşdırın. Yaxın ətrafınızdakı insanlar radikal mövqeyinizi bölüşməyəcəklər. Səhhətinizə fikir verin. Yaxınlarınızın haqsız iradları ilə razılaşmaq çox çətindir. Ailədəki ab-havaya fikir verin, güzəşt edin.

Dolça - Daha diqqətli olun, ətrafınızda baş verən hadisələrin mahiyyətindən bixəbər olmayın. Qarşınıza qoyduğunuz məqsədlərə doğru inamla addımlayın. Aqressiv yox, sərt olun. Mövqelərinizi kimsəyə güzəştə getməyin. Səhhətinizə fikir verin.

Balıqlar - Bütün işlərdə aktiv olmayın. Bəzi istiqamətlərdə yön dəyişmək olar. Hədəf və ya məqsədi yeniləmək olar. Özünütənqidə qapılmayın. Situasiyanı təftiş edin. Yeni layihəyə başlamaq, biznesə start vermək, iş yerini dəyişmək üçün münasib gün deyil.

BAKU.WS