13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 
Bakı metrosunda gələn ayın sonuna qədər bütün köhnə aparatlar yığışdırılacaq.

 

Bu barədə Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, sentyabrın 30-da metrokartlara pul yükləmək üçün quraşdırılan və ondan istifadə edilən terminalların hamısı yenilərilə əvəzlənəcək.

"Yeni aparatların və intervalların quraşdırılması tədricən davam edir. İndiyə qədər 80-dan çox "BakıKart” aparatı quraşdırılıb”, - deyə Nəsimi Paşayev bildirib.

Qurum rəsmisi onu da əlavə edib ki, sərnişinlərin "BakıKart”a marağı çoxdur. Lakin hələlik ondan istifadə edənlərin sayı çox deyil: "İndiyə qədər 88 mindən çox "BakıKart” satılıb. 6900 köhnə kart isə qaytarılıb. "BakıKart”dan ən çox "İçərişəhər”, "Sahil”, "28 may” və "Elmlər Akademiyası” stansiyalarında istifadə edirlər”, - deyə Nəsimi Paşayev bildirib.

Xatırladaq ki, avqustun 8-dən etibarən Bakı Metropolitenində vahid ödəmə kartına keçilib. Bunun üçün "BakıKart” satışa verilib. Sentyabrın 30-a qədər isə hər iki ödəmə kartından istifadə ediləcək.


Ziya Səccad
BAKU.WS