SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Bakı metrosunda yeraltı sularını axması sərnişinlər üçün nə dərəcədə təhlükəlidir?

 

Bu barədə BAKU.WS-in redaksiyasına çoxsaylı müraciətlər daxil olub. Vətəndaşalrın çoxu qrunt sularının axmasının qatarların hərəkəti zamanı sərnişinlər üçün təhlükə yaranmasından narahatdırlar.

Məsələyə aydınlıq gətirmək üçün Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevlə əlaqə saxladıq. Qurum rəsmisi BAKU.WS-ə açıqlamasında bildirdi ki, hazırda paytaxt metrosundan istifadə edən sərnişinlərin həyatı üçün heç bir təhlükə yoxdur.


"1967-ci il, Bakı metrosu yarandığı gündən indiyə qədər qrunt suları axır. Bu məsələ nəzarət altındadır. Bakı metrosunda xüsusi şöbə var ki, bu işlə məşğul olur. Nasoslar işləyir. Elektrik xətləri xüsusi qoruyucularla bağlanıb. Sərnişinlər üçün heç bir təhlükə yoxdur”, - deyə Nəsimi Paşayev bildirib.


Xatırladaq ki, avqustun 11-də saat 16:02-də metronun "İçərişəhər” və "Sahil” stansiyalarında yeraltı suların səviyyəsinin artması səbəbindən qatarların hərəkəti 1 saat 20 dəqiqə dayandırılmışdı.

Ziya Səccad
BAKU.WS