VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


"Yeni Ulduz"un qalibi, "Eurovision 2010” musiqi yarışmasının iştirakçısı Safurə Əliyevanın İstanbulda rəsm sərgi açılıb. 

BAKU.WS "1news.az”a istinadən məlumat verir ki, ailə qurduqdan sonra sənətdən uzaqlaşan ifaçı "S” adlı qalereyasından danışıb:

"Hər zaman "Musiqi yoxdursa, həyatınızda nə ola bilər” sualına "Əlbəttə rəsm” cavabını vermişəm. Uşaqlıqdan şəkil çəkirəm. Hazırda isə bu səhəyə yenidən gəlməyimdə həyat yoldaşımın böyük rolu olub. Mənim ilham pərim ailəmdir. Sərgi salonunu da sevimli həyat yoldaşımın dəstəyi ilə açmışam".

Xatırladaq ki, S.Əliyeva Sənaye və Energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailə qurub. Cütlüyün bir oğlu var.
 
BAKU.WS