Arvadı Kemal Sunalın şəxsi əşyalarını görüb göz yaşlarına boğuldu (FOTO)
01
dek
2015
17:33
Mərhum türk aktyor Kemal Sunalın filmlərdə istifadə etdiyi geyimlərdən, şəxsi əşyalarından ibarət sərgi keçirilib.
BAKU.WS məlumat verir ki, sərgi 52-ci Beynəlxalq Antalya Film Festivalı çərçivəsində təşkil edilib. Sərgidə aktyorun ailə üzvləri, həyat yoldaşı Gül Sunal, oğlu Ali Sunal və qızı Ezo Sunal, həmçinin bələdiyyə sədri Menderes Türel, həyat yoldaşı Ebru Türel iştirak edib.
Sərgidə iştirak edən mərhum aktyorun həyat yoldaşı Gül Sunal göz yaşlarına hakim ola bilməyib. O, bu sərginin insanların Kemal Sunala sevgisinin, qayğısının göstəricisidir deyib.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda molla arvadını bıçaqlayıb özünü asdı
Bu gün Quba rayonunun İqrıq kəndində intihar hadisəsi baş verib. Kənd sakini, 1979-cu il təvəllüdlü İbrahimov Neman Asif oğlu bir müddət əvvəl ayrıldığı həyat...