SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Rusiyanın ultra millətçi partiyası LDPR-in üzvü, Rusiya Sağlamlıq Komitəsinin sədri, deputat Sergey Furqal Rusiya vətəndaşlarını Türk mətbəxini boykot etməyə çağırıb. 

BAKU.WS-in məlumatına görə, deputat rusların konkret dönərdən imtina etməli olduqlarını bildirib. 

"Türk restoranları və Türk mətbəxini boykot etməliyik. Türkiyənin aqressivliyinə biz eyni cavabı verməliyik. Başda dönər olmaqla Türkiyə yeməkləri çox keyfiyyətsizdir. Onlar insan sağlamlığı üçün çox təhlükəlidir. Türkiyə saxta spirtli içki hazırlayır və vətəndaşları zəhərləməyi xoşlayır”, - deyə Furqal bildirib. 
 
Komitə sədri 2011-ci ildə 21 rus turistin Türkiyədə spirtli içkidən zəhərlənərək ölməsi faktını da xatırladıb. O, deyib ki, həmin zaman kifayət qədər aqressiv hərəkət etməyiblər. "Biz həmin vaxt Türk yeməklərindən imtina etməli idik", - deyə rus deputat bildirib. 
 
BAKU.WS