Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva övladlığa götürdüyü qızı Əminə üçün şeir yazıb.
BAKU.WS məlumat verir ki, Leyla Əliyeva Əminənin şəklini şeirlə paylaşıb. Şeir ana və övlad münasibətlərindən bəhs edir.
BAKU.WS sözü gedən şeiri və fotono təqdim edir.
Ana, nə olar, getmə!
Məni atıb, tərk etmə!
Təlatümlü həyata
Əbədiyyən qərq etmə.
Al isti qucağına,
Öp məni... Məni oxşa.
Göydə ulduzlar yansın
Bir ani baxışınla.
Heç dil də açmamışam,
Anacan, mən körpəyəm,
Kitab nədir bilmirəm,
Dünyadan bixəbərəm.
Mən hələ çox körpəyəm,
Büdrəyirəm gəzəndə.
Sizi gözəl duyuram,
Həyatı bilməsəm də.
Mat qalmışam, can ana,
Ağlayırsan arabir
Bu qədər yalan olar?
Yaddaşıma yazıram,
Böyüdükcə açılar, bu yalanlar faş olar.
Siz böyüklər həyatla
Oyun oynayan kimi
Gəlincik oynadıram,
Bu mən balan hələki.
Susmağı öyrənəcəm,
Əziz ana, susmağı!
Pünhanlıq, gizlilikdə
Ötəcəm hamıınızı.
Qorxmağı öyrənəcəm,
Qəm-kədər çəkməyi də.
Özgüvənim itəcək
Həyatın gərdişində.
Gün gələcək uşaqlığa, "Əlvida ”deyəcəyəm.
Arzular da itəcək, uşaq vidalarımda.
Təkcə anam qalacaq Şirin röyalarımda.
Qəsrlər tikməyəcəm,
Ömür, gün yetməz, deyə.
Amma "heyf!” deyəcəm,
Bükülü bel, əsən əl
Gəncliyi arayanda qaranlıq küçələrdə.
Qocaldıqca, gəzəcəm
Qeyb olmuş körpəliyi.
Etiraf da edəcəm: "Ürək belə istəmiş”!.. Əlbət, anlayacağam –
Zaman ötmüş, vaxt keçmiş.
Anacan, inan ki, mən,
Danışmağı bilsəydim,
Bu fani dünyamızda
Necə yaşamaq lazım.
Öyrənərdin sən həmən
Öz körpənin dilindən.
Ana, məni tərk etmə,
Sənə üz tuturam mən.
Eşit, inan və anla,
Səninlə nəfəs alır
Bu məsum, gözəl körpən.