SİZİN REKLAM BURADA!
055 213 76 73



Son dövrlərdə Azərbaycanda problemə çevrilən mövzulardan biri də, çap mediasının insanların maraq dairəsinə daxil olmamağıdır. Çap mediası dedikdə təkcə qəzetlər nəzərdə tutulmur. Ölkəmizin əhalisi kitab, jurnal və qəzet mövzusunda çox laqeydlik edir. Demək olar ki, artıq vəziyyət o dərəcəyə gəlib çıxıb ki, qəzet nəşrlərinin tirajı olduqca aşağıdır. Artıq hər kəs kitabı planşetdən, xəbəri isə online mediadan oxuyur.

BAKU.WS-in əməkdaşı bunun səbəblərini araşdırmaq üçün "Ayna" - "Zerkalo" qəzetlərinin təsisçisi və baş redaktoru, Azərbaycan Yazıçılar İttifaqının üzvü və Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlının fikirlərini öyrənib.

“Gənclərimiz məktəblərdə latın əlifbası ilə təhsil keçdilər amma, oxumağa latın əlifbasında bədii ədəbiyyat tapmadılar”.  Bunu "Zerkalo" qəzetinin təsisçisi və baş redaktoru Elçin Şıxlı deyib.

Onun fikirlərinə görə:

“Bunun bir çox səbəbi var. Birincisi ondan ibarətdir ki, qəzetlərdə oxumağa bir şey qalmayıb, ikincisi texnologiyanın inkişafı, üçüncüsü isə latın əlifbasına keçid ilə bağlı oldu. Gənclərimiz məktəblərdə latın əlifbası ilə təhsil keçdilər amma, oxumağa latın əlifbasında bədii ədəbiyyat tapmadılar. Bundan sonra artıq gənclərdə oxumaq vərdişi sıradan çıxdı.

Gənclərdə, eyni ilə uşaqlarda maraq artıq kitablara yox texnologiyaya qarşı artıb. Kimə baxsan əlində mobil telefonla istədiyi informasiyanı əldə edir. Amma onlar bilmir ki, texnologiya vasitələrindən heç bir ciddi və doğru düzgün məlumat əldə etmək mümkün deyil. Yenidən əvvəlki oxuma mədəniyyətini geri qaytarmaq üçün, xüsusi proqramlar və layihələr təşkil etmək lazımdır. Layihələr vasitəsi ilə müəyyən mənada hansısa qəzetlərə şərait yaratmaq lazımdır ki, həmin qəzetlər pulsuz paylansın və oxunsun. Bəlkə onda nəsə deyişiklik etmək olar”.

İstər çap mediası, istərsə online media ilə yaxından tanış olan teleaparıcı, jurnalist İlham Tümas da bu haqda öz fikirlərini bildirib.

Etiraf edək ki, bizdə qəzet çapı və satışı ilə bağlı xeyli təbii və süni yaradılmış problemlər də var ki, bu da çap mediasının bugünkü bərbad durumuna gətirib çıxardığını deyən İlham Tümas, fikirlərini bu cür açıqlayıb:

“Müasir texnologiyanın inkişafı və informasiya alma imkanlarının genişliyi təbii ki, çap mediasının təsirini göstərməli idi. Ancaq səbəb yalnız bu deyil. Etiraf edək ki, bizdə qəzet çapı və satışı ilə bağlı xeyli təbii və süni yaradılmış problemlər də var ki, bu da çap mediasının bugünkü bərbad durumuna gətirib çıxardı.

Bu gün mən Rusiyada çıxan məşhur nəşrlərin demək olar 60 faizini oxuyuram. Məsələn, nəyə görə bizdə "Komsomolka" və "Arqumentı faktı" kimi nəşrlər yoxdu? Hesab edirəm çap mediasına diqqət artırılsa, süni əngəllər, maneələr aradan qaldırılsa, bu tipli nəşrlərlə Azərbaycanda qəzetçili əvvəlki dövrünə qaytarmaq olar. Məsələn, mən uzun illər əvvəl "Ayna-Zerkalo"da çalışmışam. Bu qezet Azərbaycanda bir brend idi. Ancaq təəssüf dediyim səbəblər üzündən nəşrini dayandırmağa məcbur oldu. Yaxud, "Exo" kimi nəşr. İndi isə bu duruma ancaq təəssflənməkdən başqa bir təsir göstərə bilmirik”.

Nihat HÜSEYNZADƏ
BAKU.WS