Qurban Qurbanov: "Möhtəşəm dəstəyə görə azarkeşlərə təşəkkür edirəm"
Yeniliklərdən dərhal xəbərdar olun
"İlk öncə mən bütün azarkeşlərə təşəkkür edirəm. Onlar möhtəşəm idilər və əsl bayram yaşadılar. Azarkeşlərimiz böyük futbolun nə olduğu tam gördülər".
BAKU.WS-in məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Çelsi" klubu ilə matçdan sonra bildirib.
"Futbolçularıma da təşəkkür edirəm. Onlar ruhdan düşmədilər, sona kimi mübarizə apardılar. Mən futbolçuların hansı hislər keçirdiyini gözəl anlayırdım. İngiltərənin keyfiyyətli bir komandası ilə qarşılaşmada bir xal qazandıq. Heç-Heçə qalmağımıza rəğmən xalqımızı təbrik edirəm",-deyə Q.Qurbanov əlavə edib.
Oxşar xəbərlər
Osimhen "Qalatasaray"ın yeni transferindən danışdı: "Möhtəşəm iş görüblər"
"Qalatasaray"ın hücumçusu Viktor Osimhen komandanın rusiyalı yarımmüdafiəçisi Aleksey Batrakovun transferini yüksək qiymətləndirib. BAKU.WS xəbər verir ki, nige...