13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 
BƏƏ-nin vitse-prezidenti və baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktumun oğlu Hamdan bin Məhəmməd bin Rəşid əl-Maktum yenidən mətbuatın gündəminə düşüb. 
 
BAKU.WS-in məlumatına görə, tez-tez Azərbaycana səfər edən ərəb şahzadəsi bu dəfə atdığı cəsarətli addımlar hər kəsi heyrətləndirib. Xüsusi bir forma geyinən şeyx sərnişin təyyarəsi ilə eyni səviyyədə uçub. 
 
Öz Instagram səhifəsindən paylaşdığı videoda "Biz birlikdə uçduq" deyə yazan Hamdan bin Məhəmməd bin Rəşid əl-Maktum yenidən bütün diqqətləri öz üzərinə çəkib. 
 
Qeyd edək ki, Azərbaycanda səfərdə olan şahzadənin "Fazza” ləqəbilə şerlər yazır. Şahzadə Dubayın şeyxi Məhəmməd bin Rəşid əl-Məktumun 19 övladından biridir. "Forbes”in "dünyanın ən zəngin varisləri" siyasında olan gənc oğlanın varidatı 18 milyard dollar dəyərindədir. 
 
 
ŞAHİN Həbibov
BAKU.WS