Model Elxan Huseyn ölkəmizi Parisdə «Best Model of The World’ 2017-də təmsil edəcək

08-12 dekabr arasında Fransanın paytaxtı Paris şəhərində , baş tutacaq modellər arasında keçirilən dünyanın nüfyuzlu model yarişmalrından hesab edilən 30-cu »Best Model of The World 2017»da ölkəmizi Elxan Hüseyn təmsil edəcək.

Bu haqda rəsmi məlumatıa layihənin Azərbaycan üzrə direktoru Aqil Məmiyev məlumat verib. "Təmsilçilərimizi təbrik edirəm çünki, artıq «Best Model of Azerbaijan» 2017 titulu onlara aiddir. Biz dekabr ayının 8-də Parisdə, Azərbaycan komandası ilə birlikdə iştirak edəcəyik..«Best Model of The World» 2017 ya qatılan modellərimiz hal-hazırda beynəlxalq konkursa ciddi şəkildə hazırlaşır. Hətta təmsilçilərimizin portfoliları ilə tanış olan müsabiqənin dünya üzrə prezidenti Erkan Özərman da yüksək qiymətləndirib. Təmsilçimizin boyu 193 sm yaşı isə 20-dir. Yaxın günlərdə ölkəmizi təmsil edən xanım modelidə sizə təqdim edəcəm.

Elxan Hüseyn - 9 iyul 1997-ci ildə Masallı rayonunda anadan olub. Ali təhsillidir. Hal-hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin Biznes və Menecment fakultəsində 4cu kurs teləbəsidir. İlk model təhsilini High Life & Model Academy -də alıb.2014-cü ildən prossional olaraq modelliklə məşğuldur. Bu sahədə, bir çox diplom və sertifikatlarla təltif edilib. 2014 və 2016 tarixləri arasında keçirilən Azərbaycanın bütün moda həftələrində (Azerbaijan Fashion Week, Mersedes Benz Fashion Week Baku) çixış edib.

BAKU.WS