SİZİN REKLAM BURADA!
055 213 76 73



Yox, təyyardə heç bir nasazlıq olmayıb. Hər şey qaydasında olub, uçuş da öz qaydasında davam edirmiş. Amma qəfildən salonda hay-küy düşüb. Ər-arvad arasında başlayan dava az qala trillerə çevrilib. Nəticədə Doha (Qatar) – Bali (İndoneziya) marşrutu üzrə uçan təyyarənin kapitanı Çennai şəhərində məcburi eniş etməyə qərar verib.


Davanın səbəbi isə daha maraqlıdır. Ərinin yatdığını görən arvad onun barmağını telefonunun ekranına toxundurmaqla giriş əldə edib. Telefonda ərinin yazışmalarını görən qadın onun fasiləsiz olaraq xəyanət etdiyini başa düşüb. Əvvəlcə təhqirlərlə başlayan dava sonra yumruqlaşma səviyyəsuinə qalxıb. Ərini yumruqlayan sərxoş arvad təyyarənin ekipaj üzvlərini də döyməyə imkan tapıb. Pilotlar vəziyyətin nəzarətdən çıxdığını təsbit ediblər və enişə qərar veriblər. Ər-arvad təyyarədən düşürüləndən sonra uçuş dacam edib. Bununla da bu hadisə “ailə xəyanəti üzündən məcburi eniş” kimi tarixə düşüb…

Qadın özünə gələndən sonra əri və uşağı ilə birlikdə Kuala-Lumpura göndəriliblər və oradan Dohaya qayıdıblar. Ümid edək ki, növbəti reysdə yenidən dava salıb yarı yoldan qayıtmayacaqlar və nəhayət, Bali şəhərinə gedib çıxa biləcəklər. (Bizimyol.biz)

BAKU.WS