SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Sabah Azərbaycan ərazisində hava şəraiti yağmurlu olacaq.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, noyabrın 2-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 6-9, gündüz 9-13, Bakıda gecə 7-9, gündüz 10-12 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Gündüz əksər rayonlarda əsasən yağmursuz olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 6-10, gündüz 10-14, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacaq.
 
BAKU.WS