SİZİN REKLAM BURADA!
055 213 76 73



Antarktikada böyüklüyü Azərbaycan boyda olan dəlik yaranıb.

BAKU.WS-in məlumatına görə, bu dəliyi Toronto Universitetinin alimi professor Kent Mur aşkarlayıb.

Onun sözlərinə görə, buzun ortasında əmələ gələn dəliyin hələlik səbəbi bilinmir.

“Əgər peykimiz olmasaydı bu dəliyin yarandığını görə bilməzdik”, - deyə alim qeyd edib.

Maraqlıdır ki, dəliyin böyüklüyünü təsəvvür etmək üçün Azərbaycanın ərazisi və ya Türkiyənin Ege bölgəsinin adı çəkilir.

Həmçinin qeyd olunur ki, 1970-ci illərdə buna bənzər dəlik yaranmışdı, lakin texniki avadanlıqlar indiki kimi inkişaf etmədiyi üçün o dövrdə bunu araşdırmaq mümkün olmayıb. Daha sonra o dəlik yoxa çıxmışdı.

BAKU.WS