Hindistanın qəribə qadınları (FOTO)

Hindistanın qəribə qadınları (FOTO)
Şou-biznes 1184

Hindistanda bir qəbilənin qadınları görənləri təəccübləndirib.

BAKU.WS məlumat verir ki, Hindistanın Ziro əyalətində Apatani adlı qəbilədə yaşayan qadınları fərqləndirən burunlarında 4 dəlik olmağıdır.

Qəbilədə doğulan qız uşaqlarının burunlarına hər iki tərəfdən dəlik açılır. Burunlarında hər iki tərəfdə yuxarıya doğru açılmış dəliklərə tıxac qoyulur.

Tarixçilərin dediklərinə görə, Apatani qəbiləsində bu adət-ənənə lap qədimdən mövcuddur. Belə ki, qadınlar qonşu qəbilələrin kişilərinə çirkin görünsün deyə belə addım atıblar. Bu da zamanla ənənəyə çevrilib və bu günümüzə kimi davam etməkdədir.

Başqa bir nəzəriyyəyə görə, qədim zamanlarda Apatani qəbiləsində qadınları qaçırtmaq kimi bir adət var imiş. Kişilər qonşu qəbilənin qadınları ilə öz qadınlarını ayırd etmək üçün onların burunlarına dəlik açırlarmış. Beləliklə, qaçırdıqları qadının hansı qəbilədən olduğunu asanlıqla müəyyən edə bilirlərmiş. 

Ayşən Ayxan 

BAKU.WS

Oxşar xəbərlər

Ən kreativ boyunbağı dizaynları (FOTO)

Ən kreativ boyunbağı dizaynları (FOTO)

Qadınlar üçün hazırlanmış maraqlı dizayna malik boyunbağıların fotoları paylaşılıb. BAKU.WS-in məlumatına görə, xanımların istifadə etdiyi əsas bəzək əşyaları...

3015 Şou-biznes 21:00 01 sentyabr 2015

Son xəbərlər