Azərbaycan "Wikipedia”da 53-cü pilləyə yüksəlib

Vikipediyanın Azərbaycan dilində olan bölməsində hazırda 122 min 515 məqalə var. Son illərdə bu virtual ensiklopediyada ana dilimizdə məqalələrin yaradılmasında böyük fəallıq müşahidə olunur.

AMEA Mərkəzi Elmi Kitabxanadan BAKU.WS-ə verilən məlumata görə, 2017 ci ilin iyul ayında  Azərbaycan dilində olan vikipediya (Azviki) bir pillə irəliləyiş əldə edib. Urdu dilində olan vikipediyanı keçərək 53-cü pilləyə yüksəlib. Hədəf ən qısa zamanda ilk əlliliyə daxil olmaq və beləliklə həm kəmiyyət, həm də keyfiyyət baxımından yüksək inkişaf əldə etməkdir.

MEK-in sərbəst elektron resuslarla iş şöbəsinin əməkdaşları Vikipediya elektron ensiklopediyasının Azərbaycanda kütləviləşdirilməsi istiqamətində işlərinə davam etməkdədir. Mərkəzdə Vikipediya ilə bağlı öyrədici seminarlar, görüşlər və tədbirlər müntəzəm formada təşkil edilir.
 
BAKU.WS