SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Tanınmış aparıcı Aytən Səfərova ikinci dəfə ana olub.
 
BAKU.WS məlumat verir ki, oğul anası olan aparıcı sevincini şəxsi facebook hesabında paylaşıb. 
 
Qeyd edək ki, Aytən Səfərova martın 18-də Azərbaycanın Ağsu şəhərində anadan olub. 1998-ci ilin aprel ayından etibarən ANS ÇM radiosunda fəaliyyətə başlayıb. Əvvəlcə radioda xəbərlər buraxılışının və "İsti-İsti" verilişinin aparıcısı, daha sonra ANS TV-də "Pressing", "İç xəbər" və "Xəbərçi" verilişlərinin prodüseri, "İç xəbər" verilişinin müxbiri və aparıcısı, "Xəbərçi" verilişinin aparıcısı və redaktoru vəzifələrində çalışıb.

2005-ci il yanvarın 28-də, elə ANS-də tanış olduğu keçmiş həmkarı, idman jurnalisti Zəki Feyzullayevlə ailə qurub.

2006-ci il yanvarın 23-də övladı dünyaya gəlib. Bir müddət televiziyadan ayrılsa da 2007-ci ilin may ayında yenidən ANS TV-yə işə qayıdıb. Əvvəlcə ANS Press xəbər agentliyinin baş redaktoru, daha sonra isə ANS ÇM radiosunun baş aparıcısı və "Hər səhər" informasiya-əyləncəli verilişinin aparıcısı vəzifəsinə çalışıb. "Kökaltı" verilişinin aparıcısı olub.

Sonuncu dəfə ANS-də "Salam Azərbaycan" verlişində aparıcı kimi çalışıb. 

BAKU.WS