Tanınmış aparıcı: "İki uşaqla naümid olmaq istəmirəm"

Tanınmış aparıcı: İki uşaqla naümid olmaq istəmirəm
Şou-biznes 2382
 

Tanınmış aparıcı Aytən Səfərova sosial şəbəkədə maraqlı fikirlərini paylaşıb. 

BAKU.WS-in məlumatına görə, ANS-in keçmiş aparıcısı evi olmayan xalq artistləri və jurnalistlərin hazırki vəziyyətindən yazıb: 

"Əvvəllər binalar tikilər, müəllimlərə, fəhlələrə, alimlərə, artistlərə, media işçilərinə və başqalarına paylanardı. Hamı da növbə gözləyər, gələcək üçün arzular tutub, övladları ilə otaqların pərdələrinə, divardan asılacaq şəkillərə və s. dair xoş xəyallar qurardı. Ümid var idi. İndi isə bomboş binalar, kəllə-çarxa qalxan qiymətlər, naümid insanlar... Mən jurnalistəm. Jurnalistlər üçün təhvil verilmiş binada mənzil alanların əksəriyyətini nəinki mən, heç orada yaşayan həmkarlarımın çoxu da tanımır. Sanki, hər şey tanışlıqla, hansısa məmura yaltaqlanaraq adını siyahıya saldırmaq üçün dəridən-qabıqdan çıxmaqla mümkündür. 

Niyə xalq artisti küçədə qalmalıdır? Niyə sözün düzünü deyən jurnalist kirayədə yaşamalı, ayaq qoxusu, çanta ilə ayaqqabıya dair "önəmli reportaj" hazırlayan jurnalist əziyyət çəkmədən irəli getməlidir? Ümid verin insanlara!!! Mən də iki uşaqla naümid olmaq istəmirəm. Əks halda, niyə 20 il xalqa, Vətənə xidmət etmişəm və bu xidmətə canla-başla davam etmək istəyirəm?!"

BAKU.WS

Oxşar xəbərlər

Aytən Səfərova ATV-də

Aytən Səfərova ATV-də

ANS telekanalının tanınmış aparıcısı Aytən Səfərova iş yerini dəyişib. BAKU.WS ölkə.az-a istinadən xəbər verir ki, Səfərova bundan sonra fəaliyyətini ATV-də d...

4 Digər 13:52 04 oktyabr 2015

Son xəbərlər