SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Həyat" Xeyriyyə Fondunun yaradıcısı Hacı Nuran xalq artisti Könül Xasıyevaya yardım edib.
 
BAKU.WS xəbər verir ki, "Həyat" fondu ağır xəstəlikdən əziyyət çəkən xalq artistinin müalicəsində ona dəstək olacaq. Bu barədə ATV-də yayımlanan "10-dan sonra" verilişində qonaq olan aparıcı Hacı Nuran bildirib. Onun sözlərinə görə, xalq artistinin müalicəsində ona yardımçı olmaq istəyənlər də "Həyat" fonduna müraciət edə bilərlər. Hacı Nuran bildirib ki, bunu *999-a zəng vurmaqla da etmək olar. Hacı Nuran ona sağalmasında çox insanın dəstək olduğunu buna görə də ehtiyacı olan insanlara hər zaman yardım edəcəyini əlavə edib.
 
Hacı Nuran verilişdə sözügedən fond vasitəsi ilə Könül Xasıyevaya 9 manatlıq yardım köçürüb.
 
Qeyd edək ki, Könül Xasıyeva ötən gün "10-dan sonra" verilişinin qonağı olub. O haqqından xərçəng xəstəsi olduğuna dair yayılan xəbərləri yalanlayıb. Xasıyeva, onur ğasının iflic olduğunu və astma xəstəliyindən əziyyət çəkdiyini söyləyib.

Aynur.Ə
BAKU.WS