SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
Instagram sosial şəbəkəsinin böyüklər üçün +18 variantı hazırlanacaq. 
 
BAKU.WS-in məlumatına görə, bu barədə Instagram sosial şəbəkəsinin yaradıcısı Kevin Sistrom söyləyib. O bildirib ki, əgər bu təşəbbüs mümkün olsa böyük reytinq əldə edəcək. 
 
Söhbət 18 yaşdan böyüklər üçün nəzərdə tutulan filmlərin sosial şəbəkədə yerləşdirilməsindən gedir. Sistrom qeyd edib ki, bu cür şəkil və ya videolar "R" kateqoriyasına daxil ediləcək.
 
Instagramın yaradıcı bildirib ki, sosial şəbəkəni pornoqrafiya yerləşdirilməsi üçün resurs olaraq istifadə etməyəcəklər. Sistromun fikrincə, insanların özlərini daha yaxşı ifadə edə bilməsi üçün bu cür görüntülərin paylaşılmasına imkan yaratmağa çalışacaqlar. 
 
BAKU.WS