Abşeronda faciə: Azyaşlını motosiklet vurub öldürdü
Abşeron rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə iyunun 19-da axşam saat 18 radələrində rayonun Masazır kəndi ərazisində qeydə alınıb. 2007-ci il təvəllüdlü Fuad Azad oğlu Babaşov idarə etdiyi "Minsk D D4" motosikleti ilə Masazır kəndi, "Qurtuluş-93" yaşayış kompleksinin qarşısındakı küçədə hərəkətdə olarkən sola manevr etdiyi vaxt yolu qaçaraq keçən 2022-ci il təvəllüdlü Atilla Rafail oğlu Bağırovu vurub. A.Bağırov aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.
Oxşar xəbərlər
İmişlidə toyda qəfil ölən 25 yaşlı oğlanın FOTOSU
Toyda ölən gəncin fotosu ortaya çıxıb. BAKU.WS Lent.az-a istinadən dünyasını dəyişən Teymur Bayramlının fotosunu təqdim edir: *** 12:31 İmişlidə toyda 25 yaşlı...