VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

 
Xoruldamaq xoruldayan adamdan daha çox onunla birlikdə yatan və ya yaxında olanları narahat edir.
 
Xoruldamağı yuxu narahatlığı olaraq xarakterizə edən Anadolu Sağlamlıq Mərkəzinin qulaq-burun-boğaz mütəxəssisi doktor Murad Şirin, xoruldamağın burun və boğazdan ciyərlərə hava daşıyan yolları açıq tutan əzələnin yuxu əsnasında boşalması ilə meydana gəldiyini bildirib. Onun sözlərinə görə, bir neçə praktiki üsulla xoruldamağın qarşısını almaq mümkündür. Həmin üsullar aşağıdakılardır:

1. Yatmamışdan əvvəl ağır yeməklər və içki qəbul etməyin. Yatmamışdan əvvəl ağır yemək yemək boğaz əzələlərinin normaldan daha çox boşalmasına, bu da öz növbəsində xoruldamağa səbəb olur. 

2. İdmanı bir həyat tərzinə çevirin. Artıq çəkiləriniz varsa, pəhriz saxlayıb artıq çəkilərinizdən xilas olun.
 
3. Üzüstə, ya da böyrüüstə yatın. 

4. Yataq otağınızın havasını tez-tez dəyişin. Otaqda nəmişlik olarsa burun keçidləri yuxu əsnasında tıxanır və bu da xoruldamağa səbəb olur.

5. Siqaret çəkirsinizsə tərgidin, ya da azaldın. Siqaret çəkməyin mənfi təsirlərindən biri də xoruldamaqdır.

6. Başını yüksəkdə tutacaq yastıqdan istifadə edin.
 
BAKU.WS