Azərbaycanda yolların ömrü uzadılır (VİDEO, FOTO)

Azərbaycanda yolların ömrü uzadılır  (VİDEO, FOTO)
Video
Digər 1407
 

Nəqliyyat Nazirliyi "Azəryolservis” ASC tərəfindən yol təsərrüfatında daha bir yeniliyə imza atılıb. Asfalt-beton örtüyünün ömrünün uzadılması məqsədilə yolun hərəkət hissəsinə xüsusi maddənin çəkilməsinə başlanılıb. Sözügedən işlərə Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası sərhədi avtomobil yolunun 14-cü kilometrliyindən Qobustan qəsəbəsi istiqamətində doğru start verilib.

Qurumdan BAKU.WS-ə verilən məlumata görə, ikin etapda 800 min kvadrat metr sahənin, təqribi olaraq yolun Qobustan qəsəbəsinə qədər olan 60-65 kilometrlik hissəsinin asfalt-beton örtüyünün üzərinə 3-4 millimetr qalınlığında "E-Krete polimer kompozit” adlı maddənin çəkilməsi planlaşdırılır. Bu səbəbdən də Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası sərhədi avtomobil yolunun 14-cü kilometrliyindən Qobustan qəsəbəsinə qədər olan ərazidə işlər bitənə qədər hissə-hissə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Qeyd edək ki, asfalt örtüyündə müxtəlif səbəblərdən əmələ gələn xırda çatlar avtomobil yollarının ömrünü qısaldır və bir müddətdən sonra dağılmasına səbəb olur. Dünyanın bir sıra dövlətlərində bitumla emal olmuş örtüklərin vaxtından əvvəl qocalaraq (oksidləşərək) çatlamasının qarşısını almaq yolları araşdırılır. Bu sahədə Amerika Birləşmiş Ştatlarının "Polycon” firması tərəfindən "E-Krete” adlanan maddə istehsal edilib. Maddənin tərkibi şirkət tərəfindən gizli saxlanılır. Təqribi olaraq maddənin tərkibində sement, qum, kiçik ölşüdə qırmadaş və xüsusi maddə var.

"E-Krete” maddəsi vurulmamışdan öncə yolun səthi hava kompressoru ilə tam təmizlənir. Əgər yolun səthində hər hansı yağ, benzin və digər yağ əsaslı ləkələr varsa yuyulub təmizlənir. Havanın temperaturu +15C-dən yuxarı, +40C-dən aşağı, həmçinin yolun səthi tam quru olduqda "E-Krete” maddəsi xüsusi maşınla asfalt səthinin üzərinə yayılır,hamarlanır və nəqliyyat vasitələrinin tormozlanma zamanı sürüşməsınin qarşısını almaq üçün xüsusi quraşdırılmış fırça ilə səthin üzərində kələ-kötürlük əldə edilir. Hazır səth təqribən 4-5saat ərzində hərəkətə açıla bilər.

İstehsalçının dediyinə görə, üzərinə "E-krete” yayılmış asfalt örtüyü ən azı 5-10 il ərzində heç bir istismar qulluğu tələb etmir. Asfalt beton örtüyündə oksidləşmədən əmələ gəlmiş çatları bağlayır və səthin üzərinə çıxmasının qarşısını alır. Yenə də istehsalçının sözlərinə görə, şaxtaya və istiyə davamlıdır.

"E-krete”-ə müxtəlif rəngləyici maddə qatılaraq praktiki olaraq hər rəngdə əldə oluna bilər. Bu səbəbdən də onunla hərəkət zolaqlarına təyinatı üzrə müxtəlif rənglər vermək, səthin üzərinə istənilən işarələr qeyd etmək və hətta yol işarələmə işlərini yerinə yetirmək olar.

Bu materialdan indiyə qədər ABŞ, Kanada, Sinqapur və sair dövlətlərdə istifadə olunub.

 

ŞAHİN Həbibov

BAKU.WS  

Oxşar xəbərlər

Bakının bu iki küçəsi bağlanır (FOTO, VİDEO)

Bakının bu iki küçəsi bağlanır (FOTO, VİDEO)

Binəqədi rayonu Süleyman Sani Axundov küçəsinin Abay Kunanbayev küçəsi ilə kəsişməsindən Mərkəzi Seçki Komissiyasının binasının qarşısınadək olan hissəsində, Əh...

1642 Sosial 11:52 19 sentyabr 2015

Son xəbərlər