SİZİN REKLAM BURADA!
055 213 76 73



Həcc ziyarətini başa vuran azərbaycanlı zəvvarların son qrupu Vətənə dönüb.

BAKU.WS-in məlumatına görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Həcc missiyasından APA-ya bildiriblər.

Zəvvarları gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.
 
Bununla da, azərbaycanlı zəvvarların builki Həcc ziyarəti başa çatıb.

Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarəti üçün 2400 yer ayrılıb.

Azərbaycanlı zəvvarlardan üçü Məkkədə dünyasını dəyişib və orada dəfn olunub.

Ziya Səccad
BAKU.WS