Ötən gün Xəzər TV-də yayımlanan 5 də 5 verilişinin qonaqları müğənnilər-Mətanət Əsədova, Manaf Ağayev, Vasif Məhərrəmli olub.
 
BAKU.WS xəbər verir ki, sevgililər günündə eyni zamanda ad gününü qeyd edən Mətanət Əsədova ilk öncə geyimi ilə daha sonra isə aparıcı ilə birlikdə etdiyi zarafatlarla diqqət çəkib.
 
Aparıcı Zaur Kamal verilişə gələn xanım müğəninin istəyi ilə onun başına gül səpib.
 
Bir qədər sonra isə velosipedə əyləşən Kamal müğənnidən onun yanında əyləşməsini istəyib. Lakin rədd cavabı alıb. "Gəl otur. Arxadan qucaqla məni",-deyə aparıcıya Mətanət Əsədova:"Mən yalnız bir nəfərə sarılaram, ona da sarılmışam",-deyə bildirib.
 
Daha sonra Zaur Kamal Mətanət Əsədovanın Azərbaycanın Cenifer Lopezi olduğunu bildirib. "Sən saçından,gözündən oxşayırsan Cenifer Lopezə".
 
Aynur Ələkbərova
BAKU.WS