SİZİN REKLAM BURADA!
055 213 76 73


BAKU.WS axşam.az-a istinadən "İftar menyusu" təqdim edir:

Mərciməkli göbələk şorbası

Ərzaqlar:
2 qaşıq kərə yağı
500 qram göbələyi
1/2 soğan
2 diş sarımsaq
1/2 çay stəkanı mərcimək
1 litr tərəvəz suyu
1/2 çay qaşığı qara bibər
1 çay qaşığı duz

Tərəvəz suyu üçün:
2 kök
1 soğan
4 diş sarımsaq
4 gül kələm yarpağı
1 budaq kərəviz sapı yarpaqları
1 budaq rozmarin
1 budaq kəklikotu
8 budaq cəfəri
4 göbələk
1 qurudulmuş acı bibər
1 dəfnə yarpağı
10 qara bibər noxudu
1,5 litr soyuq su

Üzəri üçün:

4 xörək qaşığı zeytun yağı
4 göbələk
1 diş sarımsaq
1 çimdik duz
1 çimdik üyüdülmüş qırmızı bibər
1 çimdik cəfəri yarpağı (doğranmış)

Hazırlanması:

Əvvəlcə tərəvəz suyunu hazırlayın. Tərəvəzləri qabığı ilə yuyun, iri parçalara ayırın və ədviyyatlarla birlikdə qazana qoyub, su tökün. Əvvəlcə tərəvəz bulyonunu yüksək odda qaynatmağa başlayın, qaynadığını görəndə ocağı ən aşağı rejimə çevirin və təxminən 1 saat bişirin. Sonra sürtgəcdən keçirərək, suyunu süzün. Daha sonra şorbanı hazırlamaq üçün dörd göbələyi ayırın, böyük dilimlərə kəsin və kənarda saxlayın. Qalan göbələkləri püre halına gələnə qədər doğrayın. Soğan və sarımsağı kiçik doğrayın. Sonda mərciməkləri soyuq suda yuyun və süzün. Qazana yağ, soğan, sarımsaq və digər göbələkləri töküb qovueun. Duz və istiot əlavə edin. Göbələklər suyunu çəkəndə mərciməkləri əlavə edib qovurun. Qovrulmuş mərciməyə tərəvəz suyu əlavə edin, qaynadığını görəndə vam odda saxlayın. Mərcimək yumşaldıqda şorbanı blenderlə əzin. Süfrəyə vermək üçün göbələkləri zeytun yağında sarımsaq, duz və qırmızı bibər tozu ilə kiçik bir tavada qızardın. Cəfəri əlavə edib ocaqdan çıxarın.
Şorbanı qablara tökün, üstünə qızardılmış göbələklər əlavə edin və süfrəyə verin.

Tava kababı

Ərzaqlar:

400 qram orta yağlı qoyun əti qiyməsi
1 soğan (rəndələnmiş)
2 pomidor (doğranmış)
2 yaşıl bibər (doğranmış)
2 diş sarımsaq (doğranmış)
1 çay qaşığı tomat pastası
1 çay qaşığı bibər pastası
1 çay qaşığı duz
1 çay qaşığı qara bibər
1/2 çay qaşığı çili bibəri
4 badımcan
3 pomidor

Üzəri üçün:
2 stəkan su
1 xörək qaşığı tomat pastası
1 çay qaşığı bibər pastası
2 xörək qaşığı yağ
1 çay qaşığı duz
1 ovuc cəfəri (doğranmış)

Hazırlanması:

Qiyməni soğan, pomidor, yaşıl bibər, sarımsaq, bibər pastası, tomat pastası, duz, qara bibər, zirə və çili bibərini bir qaba töküb yaxşıca yoğurun. Badımcan və pomidoru şaquli və ya maili şəkildə bıçaqla bir-birindən iki santimetr məsafədə kəsin. Hazırlanmış qiymə qarışığı tərəvəzlərin kəsilmiş hissələrinə doldurun. Tərəvəzləri qazana düzün. Bir qabda su, tomat pastası, yağ və duzu qarışdırın. Bu qarışığı qazandakı badımcan və pomidorun üzərinə tökün. Tərəvəzlər dağılmasın deyə boşqabla üzərini örtün və qazanın qapağını bağladıqdan sonra əvvəlcə orta odda, sonra isə zəif odda suyu çəkilənə qədər bişirin. Qazan kababını süfrəyə verərkən üzərinə doğranmış cəfəri səpin.

Şəkərparə

Ərzaqlar:

4 stəkan un
5 xörək qaşığı mannı yarması
180 qram kərə yağı otaq temperaturunda (13 xörək qaşığı)
2 yumurta (1 sarısı ayrılacaq)
1 stəkan şəkər tozu
1 paket qabartma tozu

Şərbət üçün:
3,5 stəkan dənəvər şəkər
3,5 stəkan su
2-3 damcı limon suyu

Üzəri üçün:
1 yumurta sarısı

Hazırlanması:

Şərbət üçünlazım olan inqrediyentləri bir qazana tökün. Şəkər əriyib su qaynamağa başlayandan sonra bir neçə damcı limon suyu əlavə edin. Azca qatılaşanda kənara qoyun.

Xəmir üçün un və mannı yarmasından başqa bütün ərzaqları qaba töküb, mikserlə qarışdırın. Sonra mannı əlavə edin. Sonda un və qabartma tozunu tökün. Yumşaq xəmir əldə edəcəksiniz. Hazırladığınız xəmirdən qoz böyüklüyündə parçalar qoparın. Sobaya qoyacağınız qaba oval formada düzün. Üzərinə yumurta sarısı sürtün və çəngəllə formaya salın. 180 dərəcə isidilmiş sobada 20 dəqiqə bişirin. Bişmiş şirniyyatı otaq temperaturunda 3-4 dəqiqə saxladıqdan sonra üzərinə şərbətini əlavə edin.

BAKU.WS