İftar süfrəsi üçün reseptlər

İftar süfrəsi üçün reseptlər
Şou-biznes 2

BAKU.WS axşam.az-a istinadən "İftar menyusu" təqdim edir:

Mərciməkli göbələk şorbası

Ərzaqlar:2 qaşıq kərə yağı500 qram göbələyi1/2 soğan2 diş sarımsaq1/2 çay stəkanı mərcimək1 litr tərəvəz suyu1/2 çay qaşığı qara bibər1 çay qaşığı duz

Tərəvəz suyu üçün:2 kök1 soğan4 diş sarımsaq4 gül kələm yarpağı1 budaq kərəviz sapı yarpaqları1 budaq rozmarin1 budaq kəklikotu8 budaq cəfəri4 göbələk1 qurudulmuş acı bibər1 dəfnə yarpağı10 qara bibər noxudu1,5 litr soyuq su

Üzəri üçün:

4 xörək qaşığı zeytun yağı4 göbələk1 diş sarımsaq1 çimdik duz1 çimdik üyüdülmüş qırmızı bibər1 çimdik cəfəri yarpağı (doğranmış)

Hazırlanması:

Əvvəlcə tərəvəz suyunu hazırlayın. Tərəvəzləri qabığı ilə yuyun, iri parçalara ayırın və ədviyyatlarla birlikdə qazana qoyub, su tökün. Əvvəlcə tərəvəz bulyonunu yüksək odda qaynatmağa başlayın, qaynadığını görəndə ocağı ən aşağı rejimə çevirin və təxminən 1 saat bişirin. Sonra sürtgəcdən keçirərək, suyunu süzün. Daha sonra şorbanı hazırlamaq üçün dörd göbələyi ayırın, böyük dilimlərə kəsin və kənarda saxlayın. Qalan göbələkləri püre halına gələnə qədər doğrayın. Soğan və sarımsağı kiçik doğrayın. Sonda mərciməkləri soyuq suda yuyun və süzün. Qazana yağ, soğan, sarımsaq və digər göbələkləri töküb qovueun. Duz və istiot əlavə edin. Göbələklər suyunu çəkəndə mərciməkləri əlavə edib qovurun. Qovrulmuş mərciməyə tərəvəz suyu əlavə edin, qaynadığını görəndə vam odda saxlayın. Mərcimək yumşaldıqda şorbanı blenderlə əzin. Süfrəyə vermək üçün göbələkləri zeytun yağında sarımsaq, duz və qırmızı bibər tozu ilə kiçik bir tavada qızardın. Cəfəri əlavə edib ocaqdan çıxarın.Şorbanı qablara tökün, üstünə qızardılmış göbələklər əlavə edin və süfrəyə verin.

Tava kababı

Ərzaqlar:

400 qram orta yağlı qoyun əti qiyməsi1 soğan (rəndələnmiş)2 pomidor (doğranmış)2 yaşıl bibər (doğranmış)2 diş sarımsaq (doğranmış)1 çay qaşığı tomat pastası1 çay qaşığı bibər pastası1 çay qaşığı duz1 çay qaşığı qara bibər1/2 çay qaşığı çili bibəri4 badımcan3 pomidor

Üzəri üçün:2 stəkan su1 xörək qaşığı tomat pastası1 çay qaşığı bibər pastası2 xörək qaşığı yağ1 çay qaşığı duz1 ovuc cəfəri (doğranmış)

Hazırlanması:

Qiyməni soğan, pomidor, yaşıl bibər, sarımsaq, bibər pastası, tomat pastası, duz, qara bibər, zirə və çili bibərini bir qaba töküb yaxşıca yoğurun. Badımcan və pomidoru şaquli və ya maili şəkildə bıçaqla bir-birindən iki santimetr məsafədə kəsin. Hazırlanmış qiymə qarışığı tərəvəzlərin kəsilmiş hissələrinə doldurun. Tərəvəzləri qazana düzün. Bir qabda su, tomat pastası, yağ və duzu qarışdırın. Bu qarışığı qazandakı badımcan və pomidorun üzərinə tökün. Tərəvəzlər dağılmasın deyə boşqabla üzərini örtün və qazanın qapağını bağladıqdan sonra əvvəlcə orta odda, sonra isə zəif odda suyu çəkilənə qədər bişirin. Qazan kababını süfrəyə verərkən üzərinə doğranmış cəfəri səpin.

Şəkərparə

Ərzaqlar:

4 stəkan un5 xörək qaşığı mannı yarması180 qram kərə yağı otaq temperaturunda (13 xörək qaşığı)2 yumurta (1 sarısı ayrılacaq)1 stəkan şəkər tozu1 paket qabartma tozu

Şərbət üçün:3,5 stəkan dənəvər şəkər3,5 stəkan su2-3 damcı limon suyu

Üzəri üçün:1 yumurta sarısı

Hazırlanması:

Şərbət üçünlazım olan inqrediyentləri bir qazana tökün. Şəkər əriyib su qaynamağa başlayandan sonra bir neçə damcı limon suyu əlavə edin. Azca qatılaşanda kənara qoyun.

Xəmir üçün un və mannı yarmasından başqa bütün ərzaqları qaba töküb, mikserlə qarışdırın. Sonra mannı əlavə edin. Sonda un və qabartma tozunu tökün. Yumşaq xəmir əldə edəcəksiniz. Hazırladığınız xəmirdən qoz böyüklüyündə parçalar qoparın. Sobaya qoyacağınız qaba oval formada düzün. Üzərinə yumurta sarısı sürtün və çəngəllə formaya salın. 180 dərəcə isidilmiş sobada 20 dəqiqə bişirin. Bişmiş şirniyyatı otaq temperaturunda 3-4 dəqiqə saxladıqdan sonra üzərinə şərbətini əlavə edin.

Oxşar xəbərlər

Soyuqdəymə zamanı ən təsirli vasitələr

Soyuqdəymə zamanı ən təsirli vasitələr

Soyuqdəymə - aşağı temperaturun, daha dəqiq desək, soyuğun orqanizmə təsiri nəticəsində yaranan haldır. BAKU.WS “milli.az”a istinadən xəbər verir ki, soyuqdəymə...

1045 Şou-biznes 23:40 23 oktyabr 2021

Son xəbərlər