VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Hər bir qadın gözəlliyinin qayğısına qalmağa çalışır. Bunun üçün kosmetoloqa müraciət edirlər. 

Təbii ki, kosmetoloq xidmətindən faydalanmaq hər qadının cibinə uyğun deyil.
"Belle Femme Estetik mərkəzi”nin kosmetoloq-həkimi Fəridə Fətəliyeva BAKU.WS oxucularına üz dərisini və ləkələri ev şəraitində ağardan maskalar təqdim edir:

Birinci maska:
 
1x.q yulaf unu (və ya buğda unu)
Süd -unun sıyıq halına keçə biləcəyi qədər
½ çay qaşığı limon şirəsi 
1/2 çay qaşığı zeytun yağı
1/2 çay qaşığı bal
½ yumurta sarısı
 
İkinci maska:
 
3 xörək qaşığı cəfərinin əzməsi
1xörək qaşığı kəsmik 
1xörək qaşığı xama
 
Üçüncü maska:
 
1/2 xiyar sürtkəcdən kecirilir
Un - sıyıq halina gələnə kimi
Bir neçə damcı zeytun yağı
 
Dördüncü maska:
 
Kəsmik - 200qr
Maya - 1çay qaşığı çalınır.
Isti yerdə acıyandan sonra 1limon şirəsi və 1xörək qaşığı bal əlavə olunur.
Soyuducuda saxlanır 
 
Beşinci maska:
 
Cəfəri əzməsi - 1xörək qaşığı
Sütkəcdən keçirilmiş xiyar - 1xörək qaşığı
Limon şirəsi - 1çay qaşığı
Zeytun yağı - 1çay qaşığı (yağlı dəriyə istifadə edən zaman 1/2 çay qaşığı).
Xama sıyıq halı alinana kimi - (təqribən 1x.q)
 
Təqdim etdiyimiz bütün maskalar bütün növ dərilərə tətbiq oluna bilər. Bütün maskalar üzdə  dəqiqə saxlanılıb, sonra yuyulmalıdır.
Sonuncu -5-ci maskanı isə üzünüzdə 25 dəqiqə saxlayın.
 
Bu maskaları iki ay müddətində həftədə 2 dəfə etsəniz, əla nəticə alacaqsınız.
 
Aytən Həsənova
BAKU.WS