SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Milli Məclisdəki büdcə müzakirələri zamanı deputat Yevda Abramov çox təsirli bir çıxış edib. Şərqdə parlamentarizm ənənəsinin qoyulduğu gün - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 98-ci ildönümü münasibətilə təbriklərdən sonra deputat büdcədən danışıb.  

"Mən iqtisadçı deputat deyiləm, amma 12 il sərasər büdcə haqqında fikirlərimi deyirəm. Ola bilər, hardasa emosional danışıram, bunu boynuma alıram və üzr istəyirəm. Amma hər dəfə xalqın sözünü demişəm, kimləsə şəxsi-qərəzliyim yoxdur. Mən bu Tarif Şurası haqqında danışmaq istəyirəm. Mən bilmirəm bu Şura hər dəfə bu qərarı qəbul edəndə hansı arqumenti əsas götürür? Bəlkə orda bizim bir deputat olmalıdır ki, qərar veriləndən sonra onu əsaslandıran arqumentləri bizə çatdırsın. Mən bu artımla razlı deyiləm. Orda faizlər gösrtərilib ki, qiymət artımı 62 və 72 faiz əhaliyə təsir etməyəcək, mən bu rəqəmə inanmıram. Bu rəqəm yoxsulluq faizidir, bu da prezidentin siyasi kursuna ziddir. Bu rəqəmlər göstərir ki, əhalinin yoxsulluq faizi çoxdur. Deyirlər, az yandırarlar, deməli, gücləri çatmır”.
 
Ətraflı aşağıdakı videoda baxa bilərsiniz:
 
BAKU.WS