WhatsApp-dan çoxdan gözlənilən sərfəli YENİLİK

WhatsApp-dan çoxdan gözlənilən sərfəli YENİLİK
Şou-biznes 4073

"Facebook” şirkətinə məxsus "WhatsApp” messenceri internet üzərindən üzbəüz ünsiyyət sahəsində "Microsoft”un "Skype” və "Apple”ın "FaceTime” xidmətləri ilə rəqabət aparmaq niyyətindədir.

BAKU.WS xəbər verir ki, xidmətin nümayəndələri bildiriblər ki, yaxın günlərdə bütün əsas mobil platformalarda ("Android”, "iOS” və "Windows Mobile”) videozəng funksiyası əlçatan olacaq.

Beləliklə, 1 milyarddan çox istifadəçi video ünsiyyət saxlamaq imkanı əldə edəcək. Bundan əvvəl, "WhatsApp” messencerində yalnız mətn və multimedia ilə mübadilə və səsli zənglər əlçatan idi. Videozəngə başlamaq üçün lazımi istifadəçini seçərək telefon dəstəyi şəklində nişanın üzərinə sıxmaq və açılmış menyudan videozəngi seçmək lazımdır.

"WhatsApp” şirkətindən bildirilib ki, yeni funksiya ucuz smartfonlarda, həmçinin mobil rabitənin keyfiyyəti aşağı olduqda işləyir.

Videozəng funksiyası "Skype” ("Microsoft”), "FaceTime” ("Apple”), "Viber”, "Google Hangouts”, "LINE”, "Google Duo” və başqa xidmətlərdə artıq əlçatandır. Ancaq "WhatsApp” yuxarıda sadalanan  xidmətlərdən fərqli olaraq üç mobil platformada əlçatan olmaqla yanaşı, həmçinin "iOS” və "Android” sistemlərinin köhnə versiyalarında işləyir.

İlyas Quliyev

BAKU.WS

Oxşar xəbərlər

"WhatsApp"dan bomba effekti verəcək yenilik

"WhatsApp"dan bomba effekti verəcək yenilik

"WhatsApp" tətbiqi yeni funksiyasının təqdim etməyə hazırlaşır. BAKU.WS məlumat verir ki, Android telefonlarında görüntülü danışıqların test müddəti artıq başl...

4072 Sosial 09:32 24 may 2016

Son xəbərlər