9 noyabrda Azərbaycanda Bayraq günü qeyd olunur. 2009-cü ildə Azərbaycanda Dövlət Bayrağı Günü elan olunub və bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.

Daha əvvəl, 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası milli bayraq haqqında qərar verib. Nazirlər Şurasının sədri Fətəli Xan Xoyskinin imzaladığı həmin qərarda deyilir: «Milli bayraq kimi yaşıl, qırmızı, mavi rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan bayraq qəbul edilsin.»
 
Bəs, Bakı sakinləri 9 noyabrın Bayraq günü olduğunu, bu günün tarixini bilirlərmi? BAKU.WS olaraq paytaxtımızda sorğu keçirdik. 

 
İlyas Quliyev
BAKU.WS