SİZİN REKLAM BURADA!
055 213 76 73


Bir çox insan qoroskop ilə hesablaşır və atdığı hər addımda ulduz falına nəzər yetirir.

Ulduz falı əsasən gənc insanların maraq dairəsinə aid olur. Amma ulduz falı ilə digər yaş qrupunda olan insanlar da az maraqlanmır. Hər kəs doğularkən onun anadan olduğu günə uyğun bürclər dayanır. Qoroskopa görə, insan xüsusiyyətləri də məhz həmin bürclərə uyğun formalaşır.

Qoroskopa görə, elə bürclər var ki, onların müəyyən xüsusiyyətinə görə çox təhlükəli və rəqib tanımayandırlar.

Su ünsüründən olan Xərçəng bürcü altında doğulanlar çox ədalətli olurlar. Onlar ədalət bərqərar olsun deyə, ən əziz insandan belə vaz keçə bilərlər. Ona görə də, həmin bürc altında doğulanların yanında ədalətsizlik etməyin. Çünki Xərçənglər sizi buna görə əsla bağışlamazlar və bir nömrəli düşməninizə çevrilə bilərlər.

Şirlər tez dəyişkən olurlar. Onların yanında sirr verməyin və onlara güvənməyin. Çətin zamanda sizin sirri aça bilərlər Həm də, Şirlər fikirlərini tez dəyişirlər. Ona görə də, ehtiyatlı olun.

Tərəzilərdən də qorxun. Çünki bu bürc altında doğulan insanlar hesablarını çox dürüst və dəqiq apararlar. Onların yanında yalanınız açıldısa, demək düşmənə çevrildiniz. Aldanmağı əsla sevməyən Tərəzilərlə dürüst olsaz, onlardan heç vaxt zərər görməzsiz. Yalanı sevməyən Tərəzilər, aldadıldıqda çox təhlükəli düşmənə çevrilərlər.

Əqrəblər tez dəyişkən və olduqca kinli olurlar. Edilən pisliyi heç vaxt unutmurlar və vaxtı çatanda intiqamlarını amansızcasına alırlar. Dəyişkən olmaqları üçün atacaqları addımları qabaqcadan bəlli etməzlər. Bu səbəbdən də, Əqrəblər çox təhlükəlidirlər. Lakin bu bürc altında odğulanlar dostcanlı və sadiq olurlar.

BAKU.WS