SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

Amerikanın Nevada ştatında maraqlı festival keçirilib.
 
BAKU.WS-in məlumatına görə, "Burning Man" (Yanan Adam) festivalı hər il avqust ayının son həftəsində başlayır. Bu festivala təxminən 50 min nəfər insan qatılır. 

Festivalın əsas simvolu alovlardır. Festival dünyanın ən qeyri-adi festivallarından sayılır. Bütün dünyadan sənətçilər və ictimai fəallar bir həftə ərzində çölün ortasında qurulmuş şəhərcikdə yaşayırlar. Onlar özlərini ifadə edə biləcəkləri mədəni fəaliyyətlərdə iştirak edirlər.

Festival 8 gün davam edir. Son gün insan bədəni və onun qəliblərini təmsil edən taxta adamı yandıraraq festivalı sonlandırırlar.
 
BAKU.WS