700 bal toplayan Nigar Azərbaycan universitetlərindən imtina etdi

12
avq
2022
23:07
Bu il IV ixtisas qrupu üzrə ən yüksək - 700 balı toplayan Nigar Ağazadə Azərbaycan universitetlərindən imtina edib.
BAKU.WS xəbər verir ki, bu barədə "Azərbaycan Universitetləri" səhifəsi məlumat yayıb. Bildirilir ki, Nigar burs qazanaraq Ankara Universitetinin Tibb fakültəsinə qəbul olunub.
Qeyd edək ki, Nigar Ağazadə 125 nömrəli tam orta məktəbin məzunudur. O, qəbul imtahanının I mərhələsində 300 bal, ikinci mərhələsində isə 400 bal toplayaraq maksimal nəticə göstərib.
Oxşar xəbərlər
676 bal toplayan Selcan nəticələrlə razılaşmadı və ... “Gözləyirdim ki,” - VİDEO
İyulun 26-da ali təhsil müəssisələrinə III ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında 700 bal toplayan abituriyentlərdən biri də Gəncədəndir. O, Gəncə şəhər...
