Keçən il 73 mindən çox müəllimin əməkhaqqına əlavələr edilib
Keçən il sertifikatlaşdırmanın nəticəsinə əsasən ümumilikdə 73 mindən çox təhsilverənin əməkhaqqına əlavələr edilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin yaydığı ötən ilin təhsil hesabatında bildirilib.
Qeyd olunub ki, ötən il müəllimlərin işə qəbulu müsabiqəsi üzrə ümumilikdə 65 565 elektron müraciət qəbul edilib. 3416 namizəd müsabiqədə uğur qazanaraq işlə təmin olunub. Bu il MİQ nəticəsində əsas fənlər üzrə vakant yerlərin tutulma göstəricisi 90 faizdən çox olub. 10 minə yaxın müəllim tədris ili ərzində işə qəbul edilib.
İndiyədək keçirilmiş sertifikatlaşdırma prosesinə 84 minə yaxın təhsilverən cəlb olunub. Sertifikatlaşdırmanın nəticəsinə əsasən ümumilikdə 73 mindən çox təhsilverənin əməkhaqqına əlavələr edilib.
Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsində isə 2022 nəfər uğur qazanaraq iş yerini dəyişdirib. Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesində isə 150 nəfər iş yerini qarşılıqlı dəyişdirib.
Oxşar xəbərlər
Sabah Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil olunacaq
Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 108-ci ildönümü ilə əlaqədar iyunun 26-da Bakı şəhərinin mərkəzi küçə və prospektlərində hərbi orkestrlərin müşay...