Öz biznesini quran Azərbaycanlı gənclər

Öz biznesini quran Azərbaycanlı gənclər
Şou-biznes 10350

Salam Əziz oxucular mən Həsən Əliyev həmişə sizlərə xaricdə təhsillə bağlı məqalələr yazırdım amma bugün tam fərqli bir formada məqalə yazacam.

Bu gün sizlərə öz bacarığı ilə biznesini qurmuş gənclər kimlərdir? nə biznesi qurublar? tək-tək hər birini sizlərə tanıdacam. İlk növbədə onu deyim ki bu məqaləni yazmaq qərarına gəldikdə çoxlu tərəddüdlər yaşadım ki bəlkə razı olub özləri haqqında heç kim məlumat verməyəcək amma çox sevindirici haldır ki müraciət etdiyim hər gənc biznesmen bu təklifimi bəyəndi və özləri haqqında məlumatı göndərdilər. İndi isə gəlin həmin gəncləri daha yaxından tanıyaq.

Öz biznesini quran Azərbaycanlı gənclər

Rasim Adjalov. 10.09.1992 təvəllüd. Young Business Factory, Oley.az, Georgia Sweet House, Cool Business şirkətlərinin yaradıcısıdır. Rasim universitet təhsili donduraraq biznes həyatına başlamış və beynəlxalq bir şirkət qurmuşdur.

Öz biznesini quran Azərbaycanlı gənclər

Aysel Məmmədova. 10.05.1991 təvəllüd. 22 yaşında ACS Language Center mərkəzini açmış gənc bizneslə məşğul olan xanımdır. Aysel Dillər Universitetinin məzunudur.

Öz biznesini quran Azərbaycanlı gənclər

Elgün Qurbanov. 19.09.1989 təvəllüdlü. 2013-cü ildə edu-active.com saytını yaratmışdır. Elgünün saytı beynəlxalq aləmdə kifayət qədər tanınmışdır. Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur.

Öz biznesini quran Azərbaycanlı gənclər

Toğrul Vəlibəyli. 25.10.1994 təvəllüd. 19 yaşında VTstudio şirkətini yaratmışdır. Toğrul Azərbaycan Dövlət Mədəniyyən və İncəsənət Universitetini bu il bitirmişdir.

Öz biznesini quran Azərbaycanlı gənclər

Fərid Əsədli. 1995 – ci il təvəllüddür. 6 ay bundan əvvəl filmaniya.com online film izləmə saytını yaratmışdır. Fərid hal-hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin 3-cü kurs tələbəsidir.

Öz biznesini quran Azərbaycanlı gənclər

Hafiz Poladzadə. 24.07.1988 təvəllüddür. Bakalavr təhsilini ADNA, magistratura təhsilini isə Cologne Business School təhsil alıb. 2007-ci ildən beynəlxalq layihələr üzərində işləyir, Endorphin rəqəmsal marketinq şirkətində biznesin inkişafı və strategiyası üzrə mütəxəssis, Monkey Marketing Trustees qurumunun isə təsisçilərindən biridir.

Öz biznesini quran Azərbaycanlı gənclər

Nazlı Pəncəliyeva. 05.02.1992 təvəllüddür. 2014-cü ildən La Coccinelle Bakou şirkəti yaradıb. Nazlı həm də ingilis dili müəllimidir. Bakı Slavyan Universitetinin məzunudur.

Öz biznesini quran Azərbaycanlı gənclər

Teymur Əliyev. 17 yaşından öz biznesini qurub. Gələcəyə Körpü Təhsil Mərkəzi və Cahan kurslarının yaradıcısıdır. Teymur Azərbaycan Texnologiya Universitetinin məzunudur.

Öz biznesini quran Azərbaycanlı gənclər

Faiq Əliyev. 7.04.1994 təvəllüddür. 2015-ci ildə Düymə Kreativ Agentliyini yaradıb. Faiq hal-hazırda Qafqaz Universitetində beynəlxalq münasibətlər ixtisasının sonuncu kurs tələbəsidir.

Öz biznesini quran Azərbaycanlı gənclər

Rasim Həsənov. 1988 təvəllüddür. 1 il bundan əvvəl Netmind İT kurslarını yaradıb. Rasim Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur.

Öz biznesini quran Azərbaycanlı gənclər

Bəhram Həsənov. 14.10.1991 təvəllüddür. 19 yaşında AzInWEB şirkətini yaratmış, daha sonra isə online kitab satışı ilə məşğul olmuşdur. Bəhram Bakı Slavyan Universitetinin məzunudur.

Öz biznesini quran Azərbaycanlı gənclər

Əyyub Hüseynzadə. 08.03 1992 təvəllüddür. 18 yaşından biznes həyatına başlamış ilk olaraq kitabdunyasi.com online kitab satışı saytını, daha sonra telebedunyasi.az, businessweek.az, sahmatdunyasi.com kimi saytların yaradıcısı, həmçinin Türkiyənin Girişim Savaşçısı şirkətinin Azərbaycan üzrə rəhbəridir. Əyyub Qafqaz Universitetində biznesin idarə olunması ixtisası üzrə ingiliscə təhsil almaqdadır.

Öz biznesini quran Azərbaycanlı gənclər

Murad Həsənzadə. 10.11.1995 təvəllüddür. Ustam, Bulud kimi şirkətlərinin yaradıcısıdır. Murad hal-hazırda Qafqaz Universitetində təhsil almaqdadır.

Öz biznesini quran Azərbaycanlı gənclər

Ülvi Orucov. 1991 təvəllüddür. 3 ay bundan əvvək HAPPYLAND geyim mağazasını açmışdır. Ülvi Anadolu Universitetinin İşlətmə ixtisasını bitirmişdir.

Öz biznesini quran Azərbaycanlı gənclər

Aynura Seyidova. 16.12.1987 təvəllüddür. 2010-cu ildə ABC Tədris Mərkəsinizi, 2014-cü ildən isə Forens MMC – nin yaradıcısıdır. Aynura İqtisad Universitetinin bakalavr və magistr pilləsini bitirmiş həmçinin İqtisad Universitetində hal-hazırda müəllim kimi işləyir.

Öz biznesini quran Azərbaycanlı gənclər

Zeynəb Məmmədyusifova. 8.07.1986 təvəllüddür. 2014 cü ildə İQ Akademi təhsil mərkəzinin yaradıcısıdır. Zeynəb həmçinin bir müddət Türkiyədə fotoqrafçılıqla da məşğul olmuşdur.

Öz biznesini quran Azərbaycanlı gənclər

Rasim Əbdurəhman. 15.10.1989 təvəllüddür. edu-map.org portalının yaradıcısıdır. Rasim Gəncə Dövlət Universitetinin bakalavr, ADPU isə magistr təhsilini başa vurmuşdur.

Əziz oxucular bu məqaləni yazmaqda iki əsas məqsədim vardı, birincisi tələbə olmaq arzusunda olan şəxslərə stimul vermək, ikincisi isə tələbə olub ideyası olan lakin öz güvəni olmayan şəxslərə bildirirəmki bu adlarını qeyd etdiyim şəxslər təkbaşına bu nəaliyyəti əldə edib, onlar bunu bacarırsa siz niyə bacarmıyasınızki?. Məqalədəki gənclərə isə öz adımdan xüsusi təşəkkürümü bildirirəmki özləri haqqında bu məlumatı mənə bildirdilər və məndə sizin də bilməniz üçün paylaşdım. Sizə arzum odurki sizin haqqınızda növbəti məqalə FORBES jurnalında çıxsın :)

Mənbə: edutimes.org.az

Oxşar xəbərlər

Son xəbərlər