SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün Azərbaycanda Qurban bayramı qeyd olunur.

Müqəddəs bayram 9-10 iyul tarixlərinə təsadüf edir. Bu gün saat 08:00-dan etibarən məscidlərdə Bayram namazları qılınacaq.

Qurban bayramı İslam dininin bəşəriyyətə mənəvi-əxlaqi qurtuluş yolu kimi göndərilməsi ilə əlamətdardır və müsəlmanların Allah sevgisini, haqq-ədalət naminə hər cür fədakarlığa hazır olduqlarını təcəssüm etdirir.

Dinimizdə imkanı olan adamların qurban kəsmələri sünnət əməl hesab olunur və qurban ətini fəqir və kasıb ailələrə paylamaq böyük savabdır. Beləliklə də, cəmiyyətdə sosial yardımlaşma ab-havası formalaşır.

Şəriət qaydalarına görə, qurban kəsilən heyvan sağlam və kəsimə yararlı olmalıdır. Xəstə, arıq və qüsurlu heyvanlar qurbanlığa münasib sayılmır. Qurban qoyun, keçi, öküz, inək və dəvə ola bilər. Adətən müəyyən yaş həddinə çatmış heyvanlar kəsilir. Keçi və qoyunun yaşı bir ilə yaxın, öküz və inək iki ildən artıq, dəvənin isə beş ili tamam olmalıdır.

İnsаnı öz Rəbbinə yахın edən Qurbаn bаyrаmının sevincini ehtiyacı olan sоydаşlаrımızа yаşаtmаq, özəlliklə mаddi sıхıntı çəкən insanlara yardım etmək Аllаhа хоş gedən əməllərdəndir. Qurban kəsməyə imкаnı оlmаyаnlаrın Qurbаn günü ibadət və duaları Allah-Təala yanında savab əməllərdəndir.

BAKU.WS xalqımızı İslam dünyasının birlik, bərabərlik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir.

Bayramınız mübarək olsun!

BAKU.WS