VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Malta

Malta 650 min avro qarşılığında vətəndaşlıq haqqını tanıyır. Avropa Birliyinin vətəndaşı olmaq şansı, həm də ölkənin Schengen Bölgesi'ndə olması, eyni zamanda birlik dövlətləri ilə viza anlaşmasının olması Maltanı digər ölkələrdən üstün edir.

Sinqapur

Hesabınızda 2 milyon dollar varsa, Sinqapur vətəndaşlığı üçün də haqqınız var. Fəqət daha bir şərt var ki, illik 160 milyon dollar civarında bir cirova sahib olmalısınız.

Avstriya

Avstriya da pul qarşılığında vətəndaşlıq haqqını tanıyır. Amma onların nə qədər pul tələb etdikləri açıqlanmır. Bu informasiya gizli saxlanılır. Puldan əlavə uğur tarixçəsi də kimi istəkləri də var.

Belçika

Belçika vətəndaşı olmaq üçün ən azı 3 il ərzində Belçika'da yaşamaq lazımdır. Bu şərti yerinə gətirsəniz dövlət tərəfindən sizin üçün müəyyən olunan bir məbləğ qarşılığında Belçika vətəndaşı ola bilərsiniz.

Kipr Respublikası

Avropa Birliyi üzvü olan Kipr vətəndaşlıq üçün 3 milyon avro tələb edir.

Monteneqro

500 min avronuz varsa, keçmiş Yuqoslaviyanın dağılmasından sonra müstəqillik qazanan Balkan ölkəsi Monteneqronun vətəndaşı ola bilərsiniz. 

Antiqua və Barbuda

Hər şeyi atıb dünyanın sahil qəsəbəsinə yerləşmək üçün ideal bir yerdir. Karib dənizinin cənubunda, Kiçik Antillər adasının qrübündakı cənnət kimi bir ada ölkəsi olan Antiqua və Barbuda, vətəndaşlıq üçün 400 min dollar istəyir.

Dominika

Kiçik Antiller-də bir ada dövlətidir və rəsmi dili İngilis dilidir. Dominika, vətəndaşlıq haqqı üçün həqiqətən də heç pul tələb etmir. Dominikada 100 min dollar həcmində sərmayə yatırsanız vətəndaşlığı havayı əldə edirsiniz.

Dominik Respublikası

Dominika ilə arışdırmaq lazım deyil. Bu ölkədə vətəndaşlıq almaq istəyən subay adam 100 min dollar ödəməlidir. Evli və ya uşaqlı olanlar üçün vətəndaşlıq haqqı 200 min dollar təşkil edir.

Qrenada

Vətəndaşlıq haqqı üçün 100 min dollarlıq sərmayə şərti irəli sürən daha bir ada ölkəsi Qrenadadır. Bu ölkə Karib dənizinin şərqində yerləşir.

St.Kitts və Nevis

Leeward adalarında yerləşən, iki adadan ibarət olan bu federal ölkə 250 min dollar qarşılığında vətəndaşlıq haqqı tanıyır. Ancaq bir istisnası var. Yalnız İran vətəndaşlarına vətəndaşlıq verilmir.

ABŞ

1 milyon dollarlıq şirkət quran, 500 min dollar sərmayə qoyan şəxs ABŞ-da  müddətsiz qalma imkanı qazanacaq. Bununla yanaşı beş il Amerikada qaldığınız halda vətəndaşlıq hüququ ala bilərsiniz.

İngiltərə

Birləşmiş Krallığın vətəndaşı olmaq istəyirsinizsə  5 il ərzində 1 milyon funt-sterlinq hesab açdırmalısınız.

Makedoniya

400 min avrodəyərində investisiya edərək və ən azı 10 işçini işə götürməklə  Makedoniya vətəndaşı olmaq mümkündür. 

Bolqarıstan

Ən az bir il yaşasaz və 1 milyon leva-lıq (1,2 milyon dolar) investisiya etsəniz vətəndaşlıq ala bilərsiniz. 

Albaniya

Albaniyanınn şərti – 200 min investisiya qoymaq.

Almaniya

Almaniya vətəndaşlığı üçün lazımlı olan minimum investisiya miqdarı 250 min Avro. Bununla Alman vətəndaşlarına məşqulluq yaratsanız oldu bu iş. 

Qvatemala

Beş illik dövlət istiqrazlarına ən azı 50 min dollarlıq investisiya qoysanız Qvatemalalı ola bilərsiniz.

Honq Konq

Asiyanın ən böyük sərbəst bazarı və limanı; ən işlək ticaret, industriya və turizm mərkəzi Honq Konq vətəndaşlığı üçün təxminən 1 milyon 260 min dollar tutarında bir investisiya qoymaq lazımdır. 

Kanada

800 min dollarlıq vəsaitiniz varsa və ölkədə 400 min dollarlıq investisiya etsəniz artıq Kanadalısınız. 

Slovakiya

Avropa Birliyi ölkesi Slovakiya vətəndaşlıq üçün 1 milyon avroluq investisiya istəyir.

İrlandiya

500 min dollarlıq sərmayə yatırmağınız gərəkən bu AB ölkəsinin vətəndaşlığı üçün hökümətin təyin etdiyi tarixi gözləməniz gərəkdi. 3 ay mı olar 5 il mi olar artıq onlar qərar verir. 

Uruqvay

Uruqvay vətəndaşı olmanız üçün küllü miqdarda pul verməniz lazım deyil. Sadəcə yoluxucu xəstəliyiniz olmaması və aylıq 1200 dollar maaşınız olması yetərlidi. 3 illik yaşamdan sonra Cənubi Amerikanın Avropa ölkəsi Uruqvayın vətəndaşı ola bilərsiniz.
 
FINS.AZ
BAKU.WS