SİZİN REKLAM BURADA!
055 213 76 73


  

Ötən gün ümummilli lider Heydər Əliyevin qızı, Azərbaycan prezidentinin bacısı Sevil Əliyeva Bakıya gəlib.
 
BAKU.WS-in məlumatına görə, bu haqda haqqin.az-a açıqlamasında Sevil Əliyevanın özü bildirib.

"Çoxdandır valideynlərimin qəbirinə baş çəkməmişdik. Yeni Bakının gözəlliyinə baxmağı çox istəyirdik. Biz atamın yaşadığı iqamətgahda qalırıq. O həmişə bizi aşağıda qapıda qarşılaşırdı. Bu an həmişə mənim gözlərimin qarşısındadır. Bu ev atamla çox bağlıdır. Onu sonuncu dəfə buradan yola salmışıq", -  deyə S.Əlieva deyib.

Mərhum prezidentin qızı Bakıya uşaqları ilə birlikdə gəlib: "Mən bura uşaqlarla gəlmişəm. Onlar Bulvarı gəzdilər, zooparka getdilər və sonra şəhəri gəzdik. Çoxlu şəkil çəkirəm. Yeri gəlmişkən, çox insan məni tanıyır və şəkil çəkdirməyi xahiş edirlər".

Sevil Əliyevin sözlərinə görə, o Bakıya bir neçə günlük azad insan kimi gəlib.

Xatırladaq ki, S.Əliyeva son illər uşaqları ilə birlikdə Londonda yaşayırdı.
 
BAKU.WS