VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

 

Dünyanın ən balacaboy adamı Çandra Bahadur Danqi ağır xəstəlikdən sonra vəfat edib.
 
BAKU.WS-in məlumatına görə, 76 yaşlı nepallı pnevmoniyadan əziyyət çəkirdi.
 

Sirkdə işləyən Çandra Bahadur Danqi planetimizdə indiyə qədər yaşayan insanların arasında ən balacaboy adam kimi Ginnesin rekordlar kitabına düşmüşdü. Onun boyu 54,6 santimetr idi.

Keçən ilin noyabr ayında Londonda keçirilən Ginnesin dünya rekordları günü çərçivəsində Danqi planetin ən hündür adamı, 2,51 metr boyu olan Türkiyə vətəndaşı Sultan Kösen ilə tanış olmuşdu.
 
BAKU.WS