SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

İranda ağılasığmaz qərar qəbul olunub.


BAKU.WS məlumat verir ki, İranda ölkə qanunlarına zid geyinən qadınların maşınlarının müsadirə edilməsi ilə bağlı qərar qəbul olunub.

Qərarda qeyd olunur ki, qadınlar qanunda göstərilmiş qaydalara zid geyinərlərsə maşınları yol polisləri tərəfindən dərhal müsadirə ediləcək.


Bunu mətbuata açıqlamasında Tehran Yol Polisi İdarəsinin rəisi Timur Hüseyni deyib: "Maşını müsadirə edilmiş qadınların sənədləri istintaqa göndəriləcək. Yalnız məhkəmə qərarından sonra maşını geri ala biləcələr,” - deyə T.Hüseyni bildirib.


Bundan əlavə ölkə qanunlarına zid geyinən millət vəkili qadınların cərimə edilməsi ilə bağlı qanun layihəsi də hazırlanıb. Qanun hələ qəbul olunmayıb. 

 

Ayşən Ayxan

BAKU.WS