VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Astroloqlar bu günün ulduz falını hazırlayıblar.

BAKU.WS
günün ulduz falını təqdim edir:


Qoç - Uğurlu gündür. Hər şey planlaşdırdığınız kimi gedəcək. Yaxşı təkliflər ala bilərsiniz. Subaylar üçün ailə qurmağa, dost olmağa gözəl şans yarana bilər. Çalışın sizin üçün yaranan bütün fürsətləri dəyərləndirin. Boş oturmaq olmaz. Gəzintiyə və əylənməyə daha çox yer ayırmaq lazımdır.

Buğa - Bu gün çox əhəmiyyətli ola bilər. Səhər işə yox, özünüzə fikir versəniz daha yaxşı olardı. Günün ikinci yarısı şad xəbər eşidə bilərsiz. Əgər günün birinci yarısı problemlər yaranması, ikinci yarısı əla keçəcək. Maddi problemlərinizi də həll etmək üçün yaxşı fürsətdir.

Əkizlər - Çox da yaxşı gün deyil. Qarşınıza ciddi maneələr çıxacaq. Səhhətinizdə problemlər yaranıb və bundan sonra da yarana bilər. Bu səbəbdən də sağlamlığınızım qeydina qalın. Yorucu işlərdən uzaq olun. Qarşı saatlarda problemlərlə qarşılaşa bilərsiniz. Özünüzü təmkinli aparın və sakitləşin.

Xərçəng - Oyun qaydaları sizi təmin etmirsə, onları dəyişməyə çalışın. Gəlir və mənfəət verməyən işlərdən imtina edin. Sizinlə əlaqə saxlayan insandan yeni iş, layihə və ya sifariş ala bilərsiniz. Şəxsi maraqlar müstəvisindəki dəyişiklikləri sayıqlıqla izləyin. Planlarınızı gerçəkləşdirmək üçün ifrat aktivlik məhdudiyyətlər, maraqlı şəxslərin müqaviməti ilə qarşılaşacaqsınız. Sakit, təmkinli, çevik olun, planı reallaşdırmaq üçün əlverişli zaman və məkanı, uyğun şəraiti müəyyənləşdirin. Axşam saatlarında dincəlin. Açıq havada gəzinti, sevimli işlə məşğul olmaqda fayda var.

Şir – bu günü çox da yaxşı adlandırmaq olmaz. Həyatınızda sürətli dəyişikliklər gedə bilər. Yaranmış vəziyyət heç də sizin xeyrinizə olmaya bilər. Odur ki, bir az diqqətli olun. Addım atmazdan əvvəl fikirləşin. Özünüzü qorxutmasanız və diqqətli olsanız günü sakitçiliklə başa vura bilərsiniz.

Qız - Yetərincə məhsuldar və uğurlu gündür. Qarşınıza konkret məqsədlər qoyubsunuzsa, onları reallaşdırmaq üçün maksimum səy göstərin. Mühüm və məsuliyyəti qərar qəbul etməkdən qorxmayın. Həmin qərar bundan sonrakı yaşamınıza təsir edəcək. Günün ikinci yarısında çətin qərarlar vermək zərurəti ilə üzləşəcəksiniz. Müəyyən qurbanlar olmadan irəliləyiş olmaz. Dəyər verdiyiniz insanlarla daha çox vaxt keçirin. Səmimi, qayğıkeş olun.

Tərəzi – ulduzlar sizə yaxşı heç nə vəd etmir. Səhhətinizdə və ailənizdə ciddi problemlər yarana bilər. Maddi durumunuz pisləşəcək. Hətta borca düşə bilərsiniz. Səhhətinizdə də ciddi problemlər olacaq. Sakit və tənha yerdə qalmanız məsləhətdir. Bu günü olaysız başa vursanız nəzir verin.

Əqrəb -Günün ilk yarısında karyera ilə bağlı məsələlər ön plana çıxacaq. İşdə rəhbərliklə münaqişə etməyin. Bilik və bacarıqlarınızı nümayiş etdirin. Təcrübənizdən yararlanın. Emosiyalara qapılmayın, düşünülməmiş addımlar atmayın. Günün ikinci yarısında təcrübəli insanla birgə fəaliyyət əlavə impuls rolunu oynaya bilər. Fəaliyyətinizlə bağlı köhnə metodları yeniləyin. Yaxınlarınızla vaxt keçirməyə çalışın. Maddi durumunuz da yaxşılaşa bilər.

Oxatan – Təzadlarla dolu gündür. Ehtiyatlı olun ki, sizi aldatmasınlar. Heç kimə etibar etmək olamz. Hətta yaxın bildiyiniz insanlara belə güvənməyin. Baş verən hadisələrə birmənalı yanaşmayın. Sizin pis bildiyiniz hadisə yaxşı, yaxşı bildiyiniz isə əleyhinizə ola bilər.

Oğlaq – İşlər bağlı məsələlərə az vaxt ayırınz. Şəxsi həyatınıza fikir verin. Yarımçıq qalan işlərinizi tamamlamaq üçün əla şans yarana bilər. Bir az gözüaçıq olun. Ulduzlar sizin bu günü pis keçirməyəcəyinizə işaqrə edirlər.

Dolça – Bu günü problemlərlə və çətinliklərlə açacaqsınız. Amma bunlar sizi qorxutmasın. Işinizdə qabağa getmək şansınız olacaq. Ailə məsələlərinə də vaxt ayırmaq lazımdır. Pul qazanmaq üçün əla imkanlar yaranacaq.

Balıqlar – Şair və yazıçılar üçün poeziya günü olacaq. Yəniz sizə ruh verən hadisələr baş verə bilər. Köhnə işlərinizi tamamlamaq üçün əlamətdar gündür. Hər şey istədiyiniz kimi olacaq.

Ziya Səccad
BAKU.WS