Astroloqlar 4 bürcün xəyanətə meyilli olduqlarını müəyyənləşdiriblər.

BAKU.WS “unian.net”ə istinadən xəbər verir ki, aparılan araşdırmalar zamanı həmin bürc işarəsi altında doğulanların daha yaxşı sevgili tapdıqda əvvəlki sevgilisini tez tərk etdikləri müəyyən olub.

Bu bürcləri təqdim edirik:

Qoç

Bu bürc işarəsi altında doğulan şəxslər üçün ehtiras daha önəmlidir. Bu səbəbdən də onlar özlərinə uyğun şəxs tapdıqda əvvəldən münasibətdə olduqları sevgilisini tərk edirlər. Onlar axtarışda olurlar.

Əkizlər

Əkizlər cütlüyünü dəyişməyə daha çox meyilli olurlar və fikirlərini tez dəyişirlər. Bu gün siz onların xoşuna gələrsiniz, amma sabah onlar sizdən xoşlanmaya bilərlər. Əkizlər bürcündən olan şəxslərə bağlanmayın.

Qız

Bu bürc altında doğulanlar daim eyni şəxslə münasibətdə qalmağa səbrləri çatmır. Onlar özlərini unikal insan hesab edirlər.

Əqrəb

Əqrəblər daha ehtiraslı bürc sahibləri hesab olunurlar. Bu səbəbdən də bu bürc sahibləri ilə bir qədər ehtiyatlı davranmaq lazımdır. Siz onları tez yora və özünüzdən kənarlaşdıra bilərsiniz.

BAKU.WS