Messidən finaldan sonra hamını təəccübləndirən addım
"Qızıl top" mükafatının səkkizqat sahibi Lionel Messi dünya çempionatının finalında İspaniyaya uduzduqdan sonra milli komanda ilə birlikdə Argentinaya qayıtmayıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, komandanın kapitanı və Argentinaya uçmayan daha doqquz oyunçu ABŞ-də qalıb. Argentina Futbol Assosiasiyası izah edib ki, futbolçuların bir hissəsi klublarına qoşulmaq və ya məzuniyyətə başlamaq üçün birbaşa ABŞ-dən müxtəlif ölkələrə yola düşəcək.
Qeyd edək ki, dünya çempionatının finalında İspaniya millisi əlavə vaxtda Argentinanı 1:0 hesabı ilə məğlub edərək dünya çempionu olub.
Oxşar xəbərlər
Aslan Kərimov: "Sabah"ın "Slaviya"nı rahat məğlub edəcəyini düşünmək olmaz
"Növbəti oyunumuzu artıq Bakıda, doğma meydanda keçirəcəyik. Qarşılaşacağımız "Slaviya Praqa" kifayət qədər yaxşı və təşkilatlanmış komandadır. Təbii ki, onu "M...