Kürdəxanıda qalmaqal: Bağında yaşamağa icazə verdi, indi çıxara bilmir

Kürdəxanıda qalmaqal: Bağında yaşamağa icazə verdi, indi çıxara bilmir
Video
Sosial 210

Bakının Sabunçu rayonu, Kürdəxanı kəndi, "Ləhiş bağları" adlanan ərazisində vətəndaşlar arasında mülkiyyətlə bağlı mübahisəli vəziyyət yaranıb. Kürdəxanı sakini Sənan Əliyevin sözlərinə görə, beş il əvvəl müvəqqəti olaraq yaşamağa icazə verdiyi şəxs hazırda onun mülkünü tərk etməkdən imtina edir.

Sənan Əliyev vurğulayıb ki, pandemiyadan sonra Firuz adlı şəxsə bağ sahəsində məskunlaşması üçün icazə verib. Lakin mülk sahibi artıq bir ildir həmin şəxsdən ərazini tərk etməsini istəsə də, qarşı tərəf buna etiraz bildirir.

BAKU.WS xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında deyilir.

"Bu bağ mənə məxsusdur və bələdiyyədən verilmiş sənədim də var. Artıq bir ildir ki, Firuzdan buranı boşaltmasını tələb edirəm, çünki ailəmlə birlikdə öz mülkümə köçmək istəyirəm. Lakin o mənə qarşı zorakılıq göstərir. Demək olar ki, bir ilə yaxındır onunla bu səbəbdən münaqişə yaşayıram", - deyə şikayətçi bildirib.

Hüquqşünas Anar Ramazanovun sözlərinə görə, bələdiyyə tərəfindən mülkiyyət sənədi olan vətəndaş dərhal müvafiq məhkəməyə müraciət etməlidir:

"O, məhkəmədən torpaq sahəsində qanunsuz məskunlaşan şəxsin oradan çıxarılmasını, habelə ona vurulmuş maddi və mənəvi ziyanın ödənilməsini tələb etməlidir".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər