VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

 

Misirdə qəbul olunan yeni qərar hamını təəcübləndirib.

BAKU.WS məlumat verir ki, Misir höküməti qadın incəsənət xadimlərinə, müğənnilərə dekolte geyinməyi qadağan edib. Qərar misirli sənətçilərlə yanaşı ölkədə fəaliyyət göstərən xarici sənətçilərə də şamil olunur. Əks tədqirdə qərara uymayanlar ölkədən çıxarılacaq.

Bundan əlavə, qadın sənətçilər geyimlə yanaşı açıqlamalarında, müsahibələrində dedikləri hər sözə diqqət etməlidirlər. Misir mədəniyyət naziri açıqlamasında bildirib ki, bu qərarı qəbul etməkdə məqsəd cəmiyyətin şüuruna və əxlaqına mənfi təsir göstərəcək amillərin qarşısını almaqdır: 
 
"Sənət adamları cəmiyyətin diqqət mərkəzində olduğu üçün onların bu qaydalara əməl etməsi, çərçivələrdən çıxmaması şərtdir. Bununla biz daha keyfiyyətli sənət mühiti yaradacağıq”, - deyə nazir bildidirib.
 
Ayşən Ayxan
BAKU.WS